إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Səlahəddin bölgəsi İŞİD-dən təmizlənir - İraq ordusu Tikritə daxil olur

İraq təhlükəsizlik qüvvələri ölkənin İŞİD təkfirçi terroristləri tərəfindən işğal altında olan ərazilərini təmizləmə əməliyyatlarıı uğurla həyata keçirməyə başlayıb.ordu və könüllü briqadalar Səlahəddin əyalətinin inzibati mərkəzi Tikritə daxil olmağa başlayıblar.

Ahlibeyt.az-ın əldə etdiyi məlumata görə,Baş nazir Heydər əl-İbadinin təlimatı ilə başlanan genişmiqyaslı əməliyyat nəticəsində Səlahəddin əyalətinin böyük hissəsi İŞİD qüvvələrindən təmizlənmiş,ordu bölmələri Tikrit şəhərinə daxil olaraq şəhəri terrorçulardan təmizləməyə başlamışdlr.

Xəbər agentlikləri bildirib ki,artıq şəhərdə küçə döyüşləri gedir, ordu  polis akademiyası və bir sıra mühüm məntəqələri tutub.

Şəhərin alınmasında  4 min könüllü səfərbər olaraq, orduya qoşulub.Bildirilir ki,konüllü dəstələrə 100-dən çox terrorist təslim olub.

Hərbi əməliyyatlarda ordu ilə yanaşı ölkənin silahlı qüvvələri və müttəfiqlərin hərbi təyyarələri də iştirak edir.

Qeyd edək ki, sabiq diktator Səddam Hüseynin doğulduğu və dəfn edildiyi  Tikrit İŞİD mərkəzlərindən biridir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Mart, 2015  15:18 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!