إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Peyğəmbər səhabəsi "Bilal Həbəşi"cizgi filmində

Peyğəmbər səhabəsi "Bilal Həbəşi"cizgi filmində

Ərəbistan animatorları Məhəmməd peyğəmbərin sadiq səhabələrindən olan Bilal ibn Rəhabə(Bilal Həbəşi)nin həyatından bəhs edən cizgi filminin çəkilişinin son mərhələsinə başlamışlar.

Ahibeyt.az-ın verdiyi xəbərə görə, Onislam agentliyinin məlumatında bildirilir ki,film Səudiyyə Ərəbistanından olan bir qrup mütəxəssis tərəfindən 10 il müddət ərzində hazırlanmışdır.Qeyd olunur ki,adı çəkilən film Ərəbistanlı multiplikatorların ən irimiqyaslı lahiyələrindən  hesab olunur.

Barajoun Entertainment studiyası tərəfindən  ingilis dilində hazırlanan  film islamı qəbul edərək taleyi dəyişiən Ərəbistana gətirilən afrikalı bir qulun həyatından bəhs edir.Bilal Həbəşinin atası Rabah ərəb əsilli,anası Həmamə əslən Abissin olan həbəş şahzadəsi olub.Hər ikisi Peyğəmbərin(s) dünyaya gəldiyi il əsir düşərək qul kimi Ərəbistana gətiriliblər.

Qeyd olunur ki, Filmin yaradılması və səsələndirilməsində Britaniya və Amerikadan olan tanınmış aktyorlar Dubaya gələrək yaradıcı heyətlə əməkdaşlıqda yaxından iştirak etmişlər.

Məlumatda bildirilir ki,filmin nümayişi cari ilin son kvartalına nəzərdə tutulub.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Mart, 2015  12:38 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!