إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"Xocalıya Ədalət" kampaniyası çərçivəsində tədbirlər aprel ayınadək davam edəcək

Xocalı Soyqırımının 23-cü ildönümü ərəfəsində, bu gün, İslam Konfransı Gənclər Forumunun  (İKGF) İstanbuldakı baş qərərgahında, Heydər Əliyev Fondunun Vitse-Prezidenti, Forumun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə elan edilmiş “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində, təşkilatın 2015-ci il üçün nəzərdə tutulan əsas fəaliyyət istiqamətləri, tədbirlər və onların mövzuları, həmçinin istifadə olunacaq əyani materiallar haqqında tanıtım tədbiri keçirilmişdir.

 

Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə, tədbirdə çıxış edən İKGF sədri Elşad İskəndərov bunları qeyd etmişdir:  “Uydurma erməni soyqırımının 100 illiyi bəhanəsi ilə beynəlxalq müstəvidə təzyiqlərini artıran Ermənistan və erməni lobbisi, əslində Xocalıda törədilən qətliamı ört-basdır etmək və eyni zamanda Türkiyəni qaralamaq məqsədi güdən kampaniya aparır. “Xocalıya Ədalət” kampaniyasının əsas məqsədlərindən birinin erməni yalanlarının ifşa edilməsi olduğunu nəzərə alınaraq, bu iki məkrli plana qarşı Forum tərəfindən bu həftədən etibrən xüsusi məlumatlandırma aksiyası başlayacaqdır.” E.İskəndərov həmçinin qeyd etdi ki, bu fəaliyyətlər Azərbaycan prezidenti cənab İlham Əliyev ilə Türkiyə prezidenti cənab Rəcəb Tayyip Ərdoğannın birlikdə elan etdikləri “Çanaqqala anım törəninədək” davam etdiriləcəkdir.

Aksiyanın təfərrüatı haqqında danışan İKGF Media və Təhsil Departamentinin direktoru Esra Öztürk, fəaliyətin ana şüarının “Light A Fire To Fight the Liar” olacağını bildirərək, “yalançılarla mübarizə məqsədilə bir işıq da siz yandırın” çagırışını dünyanın hər yerinə catdırmağa çalışacaqlarını vurğulamışdır. O, həmçinin 24 aprel tarixinin Çanaqqala Xatirə Mərasiminə həsr olunacağını bildirərək, erməni lobbisinin yalanları ilə mübarizənin həm də bu tarixə həsr edilmiş İKGF-nin başqa layihəsi olan

“Gelibolu: İnsanlığın 100 ili, 100 hekayəsi” adlı beynəlxalq müsabiqə çərçivəsində də aparılacağını vurğuladı. Bununla 1915-ci il hadisələri bəhanəsi ilə Azərbaycan torpaqlarında törədilən Xocalı qətliamını uydurma erməni soyqırımının 100 illiyi pərdəsi altında ört-basdır etməyə çalışan Ermənistana qarşı, Çanakkalada qəhrəmancasına təmsil olunmuş Azərbaycan xalqının nümayiş etdirdiyi şərəfli mövqeyini vurğulamış olacağıq,”- deyə Öztürk vurğuladı.

Daha sonra İKGF-nin Kampaniya çərçivəsində tədbirləri haqqında  məlumat verən İKGF Layihə Koordinatoru Sevinc İskəndərova onların Vyanadakı “Xocalıya Ədalət” çadırından Belçikanın Gent Universitetindəki elmi konfransadək, Kolumbiyadakı küçə yürüşündən Cakartanın ən böyük məscidindəki dua tədbirinədək geniş cografıyanı əhatə edəcəyini bildirdi.

Mətbuatın geniş iştirakıyla keçirilən tanıtım tədbirinn sonunda iştirkaçılara kampaniya tərəfindən hazırlanmış 15 adda əyani materiallar paylandı




Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Fevral, 2015  14:59 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!