إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Tbilisidə Hz. Zeynəbin (s.ə) mövlud günü münasibəti ilə mərasim keçirildi

Bu gün Gürcüstan Müsəlmanları İdarəsinin nəzdində bu aydan etibarən fəaliyyətə başlayan “Müsəlman Qadınlar İcması”nın təşkilatçılığı ilə Xanım Zeynəbin (s.ə) təvəllüdü münasibəti ilə bayram mərasimi keçirildi.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə GMİ-nin sədri Ramin İgidov məlumat verib. Məlumatda bildirilir ki, Tbilisidə yerləşən “Alul-beyt” mədəniyyət mərkəzində yüksək səviyyədə təşkil olunan tədbirdə ictimaiyyət və din xadimələri, qadınlarla bağlı QHT sədr və nümayəndələri, Acarıstan Muxtar vilayətindən və eləcədə müxtəlif şəhər və rayonlardan dəvət olunan müsəlman xanımlar iştirak edirdi. Məclisin aparıcısı “Əl-Mustafa” adına Dini, Elm Mərkəzinin müəlliməsi Elnarə Cəfərli mərasim ilə bağlı ümumi məlumat verdikdən sonra ilk növbədə Quran tilavəti üçün sözü Lamidə Bayramovaya verdi. Məclis açıq elan olduqdan sonra Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov mərasim iştirakçılarını salamlayıb bayram münasibəti ilə xanımları təbrik etdi. Çıxışında Peyğəmbər (s) nəvəsi, Əli (ə) və Fatimə (s.ə) qızı və imamət bacısı Hz. Zeynəbin (s.ə) səbri, fədakarlığı və həyası ilə xanımlara örnək olmasından, O xanımın xüsusi ilə Kərbəla vaqiəsində göstərdiyi əvəzsiz xidmətlərindən danışdı. Sonra “Gürcüstan Müsəlman Qadınları İcması”na daxil olan: “Fatimeyi Zəhra (s.ə)” adına qadınlar cəmiyyətinin sədri Gülşə Nemətova, “Hz. Zeynəb” Qadınlar Təşkilatından Esmira Nəsibova, Beynəlxalq Qadınlar Qrumunun sədri Maxvala Xmaladze, Gürcüstan Azərbaycan Qadınlar İttifaqının sədri Leyla Süleymanova və başqaları çıxış etdilər. Nümunəvi qadın simvolu olan Hz. Zəynəbin (s.ə) həyatı, fəziləti və özəllkləri, Xanımın Kərbəladakı rolu söhbətlərin əsas mövzularından idi.

Söhbətlərarası Gürcüstan Qadınar İcmasının dəvəti ilə Azərbaycan Respublikasından gələn “Kovsər” İlahi Mahnılar qrupunun ifasında ilahi nəğmələr oxundu. Yeni-yetmə qızlar Hz.Zeynəbin mədhinə şeir və qəsidələr söylədilər. Sonda Hz. Zeynəbin (s.ə) həyatından bəhs edən nömrələnmiş kitablar iştirakçılara təqdim olundu. Püşklərdən çıxan nömrələr kimin payına düşən kitablardakı ilə eynilik təşkil etsəydi həmin şəxslərə səccadə və hicablardan ibarət hədiyyə olundu. Adları Zeynəb olan yeniyetmə qızlar da hədiyyəsiz qayıtmadılar. Nəhayət iki saatlıq tədbir "Fərəc" duasından sonra bayram süfrəsi ilə yekunlaşdı.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Fevral, 2015  15:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!