إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Sistanidən İŞİD-ə qarşı mübarizə aparan döyüşçülərə 20 göstəriş

İslam aləminin böyük alimi Ayətullah Sistaninin İŞİD-ə qarşı döyüşənlərin riayət etməli  olduğu 20 maddəlik bir bəyanatı mediaya təqdim olunub.

Ahlibeyt.az-ın Shabestan-a istinadən verdiyi məlumata görə,Ayətullah Seyyid Əli Sistaninin dəftərxanası tərəfindən nəşr olunan bəyanatın tam mətni oxuculara təqdim olunur:

بسم الله الرحمن الرحیم

الحمد لله رب العالمین والصلاة والسلام علی خیر خلقه محمد وآله الطیبین الطاهرین

Bismillahir Rəhmanir Rəhim! Aləmlərin Rəbbinə həmd, yaradılmışların xeyirlisi Məhəmmədə və onun pak Əhli-beytinə salam olsun.

Allah-Təalanın döyüş bölgələrində yer almaqla lütf nəsib etdiyi döyüşçülər bunları bilməlidirlər:

1-Allah Təala, möminləri cihada çağırıb, onları dinin dirəyi qıldığı və evlərində oturanlardan üstün tutduğu kimi müharibədə də ədəb və sərhədlər qoyub. Sizlər hikmətə və fitrətə uyğun olan bu ədəbləri bilməli və onlara riayət etməlisiniz. Kim bu sərhədlərə layiqincə riayət edərsə, ilahi lütfə və bərəkətə nail olar. Bu ədəblərə riayət etməyənlərin isə savabı və mükafatı azalır və onlar istəklərinə çata bilməzlər.

2-Müharibə zamanı müsəlman olub-olmamasından asılı olmayaraq,hər kəsə tətbiq olunacaq ümumi ədəblər vardır. Böyük İslam Peyğəmbəri döyüşə getməzdən əvvəl səhabələrinə bu ədəblərə riayət etməyi tövsiyə edib.

3- İslam düşmənləri ilə döyüşməyin də özünə xas ədəb və əxlaqı vardır. Bu məsələni İmam Əlinin (ə) həyatında, xütbələrində və danışıqlarında müşahidə etmək mümkündür. Onun ardıcılları da onun sözlərini, özləri ilə Allah arasında bir höccət saymış, onun tərzini və metodunu izləmişlər.

4-Hər nə şərt altında olursa olsun Allahın öldürülməsini caiz görmədiklərini öldürməyin. Ən böyük günahlardan biri günahsız bir insanı öldürməkdir. Ən böyük yaxşılıqlardan və savablardan biri də onların həyatını qorumaqdır. Allah Təala kitabında bunu vurğulayıb. Bunu bilin ki günahsız bir insanı öldürməyin həm dünya həyatı, həm də sonrakı həyatı üçün təhlükəli nəticələri olacaq.

5- Sizinlə döyüşməyənləri, xüsusilə zəif və gücsüz olanların, yaşlıların, qadınların və uşaqların hətta sizinlə döyüşənlərin ailələrinin hörmətini qoruyun. Sizinlə döyüşməkdə olanların ailələrinə, evlərinə və mallarına təcavüzdən çəkinin.

6- İnsanların dinlərinə böhtan atmaqdan, onların məhrəmlərinə hücum etməkdən uzaq durun. Bir zamanlar xaricilərin etdiyi kimi və bu gündə də dini bilgisinin zəifliyi ucbatından bəzi hədisləri özlərinə sərf edən şəkildə istismar edərək müsəlmanlara böyük bir bəla olan qrupların etdiklərini etməkdən çəkinin. Bilin ki kəlimeyi-şəhadət gətirən hər kəs müsəlmandır. Canı, malı və isməti qorunubr. Azğınlıqları küfrlərinə səbəb olmadıqca, bidətləri İslamın onlardan getməsinə səbəb olmadıqca və fəsadları qətli və qisası tələb etdiyi hallar, bəzi azğınlıqlara və bidətlərə düşmüş olsalar belə.

7- Hansı dindən və ya məzhəbdən olursa olsunlar müsəlman olmayanlara hücum etməkdən qəti çəkinin. Çünki onlar müsəlmanların zəmanətində və zəmanəti ilə vardır. Onlardan hər hansı birinin hörmətini tapdalayanlar, xain sayılırlar və xəyanət də fitrətdə və Allahın dinindəki ən çirkin şeydir.

8-Heç kimin başqalarının mallarına sahib olması caiz deyil. Kim başqasının malına əl uzatsa, elə bil isti oda əl uzadıb 9- Ümumilikdə isə başqalarına günah atmaqdan, onlara əllə və dillə hücum və təzyiq etməkdən çəkinin.

10- Sizi qəzəblədirsələr belə sizinlə vuruşmayınca siz də vuruşmayın.

11- Bunu bilin ki sizinlə döyüşməkdə olanlar başqalarının zəlalətləri səbəbiylə səhv edən kəslərdir. Bu səbəbdən xalqın zehnindəki şübhələri artıraraq yolunu azmışlara kömək etməyin. Davranışlarla və nəsihatlə kifayətlənin, zülmü, təhqiri və düşmənliyi önləyərək bu kişilərdəki şübhələri ortadan qaldırmağa çalışın. Çünki başqalarının zehnindən qaldırılan hər şübhə onu yaşatmaq, başqasının zehinində şübhə yaratmaq isə onu öldürmək kimidir.

12- Kimsə, zülmün buraxdığı təsiri, ədalətin qoymadığını sanmasın. Bu düşüncə yaşananlara sürətli bir baxışdan, sonrasını düşünməməkdir, orta və uzun müddətli nəticələri göz ardı etməkdən və millətlərin tarixi, həyatı və ənənələri mövzusunda məlumat sahibi olmamaqdan qaynaqlanır. Halbuki bütün bunlar zülm, cinayət, cəmiyyətin təhdidi mövzularında xəbərdarlıqlarda var və Allahın onların heç gözləmədiyi bir anda onları və hökumətlərini necə yox etdiyini göstərir.

13- Dözümlülük və bağışlamaq, dəlillərlə sübut etmək, qaydalara və pak dəyərlərə hörmət etmək qısa müddətdə ağır zərərlərə səbəb olsa belə daha yaxşı nəticələr və bərəkət gətirəcəkdir.

14- İnsanlara qarşı nəsihət verici olun ki sizi qəbul etsinlər, sizə inansınlar və düşmənlərinizə qarşı sizə kömək etsinlər. Hətta mustazaf (zəif qalmış) düşmənlərinizə belə kömək edin. Çünki onlar sizin din qardaşlarınız və ailə sayılır. Öz ailələrinizə şəfqətli davrandığınız kimi onlara da şəfqətli davranın. Bilin ki, Allah sizin nə etdiklərinizi görür, niyyətlərinzi bilməkdə və sizi sınamaqdadır.

15- Namazlarınızdan qafil olmayın. Çünki Allah qatında heç bir əməl namazdan daha üstün deyil. Namazın əxlaq və davranışlar üzərində böyük təsiri vardır.

Allaha şükürdür, dinin qorunmasıdır və əməllərin qəbulu üçün vəsiləsidir. Allah qorxu və döyüş əsnasında müəyyən şəraitdə namaz üçün asanlıqlar təyin edib.

Hətta qibləyə tərəf olmadan da qıla bilmək mümkündür.

16- Allahı çox yada salın. Quran oxuyun, daima Allahla danışın və ona dönəcəyinizi xatırlayın.

17- Peyğəmbərin (s) və Əhli-beytin (ə) əxlaqına bağlı qalın. Savaş və barış zamanı onların əxlaqına görə davranın. Bununla da İslam üçün bir dəyər və gözəllik olsun. İslam fitrət nuru, ağıl şahidliyi və əxlaqa hörmət üzərində bina edilib.

18- Sizi fəlakətə sürükləməməsi üçün təfəkkür və uzaqgörən düşüncə mövzusunda tələskən davranmayın. Çünki düşmənlərinizin sizinlə əlaqədar ən böyük ümidi, sizin düşünmədən, baş yormadan onların istədiyi yerə getmənizdir. Belə olan halda cərgələrinizi nizamlı tutun, tələskən addım atmayın və edəcəklərinizi yaxşı ölçün.

19- Düşmənin özünə qalxan olaraq istifadə etdiyi öz xalqınız, özlərinin xeyrinə olanı dəstəkləməli, onlar üçün edilən fədakarlıqların qədrini bilməlidir. Onları incitməməli, bu mücahidlərlə əlaqədar boş və yersiz zənnlərə qapılmamalıdır. Bilin ki, heç kim sizi sizin kimi düşünə bilməz və yaxşılığınızı istəyə bilməz. Təmiz niyyətli və xalis olun, lazım olduğunda br-birinizin səhvini nə qədər böyük də olsa bağışlayın. Bilin ki bir-birinizi bağışlasanız, bunun mükafatı çox olacaq.  Allah qatında mükafatlarınız zay olmayacağı kimi, Allah onu bərzəxdə və qiyamətdə də sizə bağışlayacaq. Kim müsəlmanların qoruyucularını dəstəkləyərsə, ailələrinə sahib çıxarsa, o mücahidlər qədər savab qazanar.

20- Hər kəs boş təəssübünü bir tərəfə qoymağa və yaxşı əxlaqa sahib olmağa diqqət göstərməlidir. Allah insanları bir-biri ilə tanış olsunlar, təcrübələrini və mənfəətlərini bir-biri ilə paylaşsınlar deyə müxtəlif millətlər və qövmlər halında yaradıb. O halda boş fikirlərin və özündənrazılığın sizə qalib gəlməsinə icazə verməyin. Keçmişdə sizin və digər müsəlman ölkələrinin başına nə bəlalar gəldiyini, enerjilərinin, güclərinin mallarının və sərvətlərinin bir-birinə zərbə vurmaq və bir-birini məhv etmək yolunda necə yox olduğunu göz önünə gətirin.

Halbuki bu güc irəliləyiş, tərəqqi və müsəlmanların vəziyyətlərinin yaxşılaşdırılması yolunda istifadə edilə bilərdi. O halda təkcə zalımların boğazından yapışmaqla qalmayacaq fitnələrdən çəkinin. Belə fitnələrin baş verməsi halında da onu söndürməyə, alovlarının yayılmasının qarşısını almağa çalışın. Allahın ipindən möhkəm yapışın, bir olun. Əgər Allah sizin içinizdə bir xeyir görərsə, sizə əldə edəcəyinizdən daha yaxşısını verəcək. Çünki Allah hər şeyə gücü çatandır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Fevral, 2015  15:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!