|
• DünyadaTürkiyə-Suriya sərhədində İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar tutulduİŞİD terror qruplaşmasına qoşulmaq istəyən və Türkiyə-Suriya sərhədində yaxalanan 14 nəfər arasında Azərbaycan vətəndaşları da var. Ahlibeyt.az-ın Anspress-ə istinadən verdiyi xəbərə görə, İŞİD-ə qoşulmaq istəyən şəxslər sosial şəbəkələr vasitəsi ilə əlaqə saxlayaraq Qaziantepdə görüşdükləri məlum olub. Bölgənin jandarma qüvvələri Sazgin məhəlləsində şübhələndiyi mikroavtobusu saxlayandan sonra sözügedən 14 nəfərin İŞİD-ə qoşulmaq istədiyi öyrənilir. 14 nəfərdən birinin Türkiyə vətəndaşı olduğu bildirilib və onun ifadəsi alınandan sonra sərbəst buraxılıb. Qalan 13 nəfərin Çeçenistan, Qazaxıstan, Özbəkistan, Azərbaycan və Türkmənistan vətəndaşı olduğu bildirilib. Onların 2-3 gün içərisində Türkiyədən çıxarılacağı gözlənilir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Fevral, 2015 11:33 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |