
İŞİD terror qruplaşmasına qoşulmaq istəyən və Türkiyə-Suriya sərhədində yaxalanan 14 nəfər arasında Azərbaycan vətəndaşları da var.
Ahlibeyt.az-ın Anspress-ə istinadən verdiyi xəbərə görə, İŞİD-ə qoşulmaq istəyən şəxslər sosial şəbəkələr vasitəsi ilə əlaqə saxlayaraq Qaziantepdə görüşdükləri məlum olub.
Bölgənin jandarma qüvvələri Sazgin məhəlləsində şübhələndiyi mikroavtobusu saxlayandan sonra sözügedən 14 nəfərin İŞİD-ə qoşulmaq istədiyi öyrənilir. 14 nəfərdən birinin Türkiyə vətəndaşı olduğu bildirilib və onun ifadəsi alınandan sonra sərbəst buraxılıb.
Qalan 13 nəfərin Çeçenistan, Qazaxıstan, Özbəkistan, Azərbaycan və Türkmənistan vətəndaşı olduğu bildirilib. Onların 2-3 gün içərisində Türkiyədən çıxarılacağı gözlənilir.