|
• DünyadaƏl-Əzhər şeyxi Əhməd Təyyibin nəzarəti altında Dinlərarası Dialoq Mərkəzi təsis edilirMisrdə Əl-Əzhər universitetinin şeyxi Əhməd Təyyibin nəzarəti altında fəaliyyət göstərəcək Dinlərarası Dialoq Mərkəzi təsis edilir. Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi xəbərə görə,Misirin məhşur Əl-Əzhər İslam Mərkəzininin şeyxi Əhməd Təyyib ərəb mediasına müsahibəsində bildirmişdir ki,Əl-Əzhər İslam Mərkəzinin nəzdində özünün şəxsi nəzarəti altında Əl Əzhər İslam Alimlər Şurasının üzvü Məhmud Həmdi Zəqzuqun rəhbərliyi ilə fəaliyyət göstərəcək Dinlərarası Dialoq Mərkəzi təsis edilir. Dini mərkəzin təsisindən məqsəd müxtəlif mədəniyyətlər və dinlərin davamçıları arasında dialoq mədəniyyətini qurmaq və yaymaq, həmçinin müxtəlif dinlərdən olan insanlar bir yerdə dinc və sülh şəraitdə yaşamaqlarını təmin etmək üçün şərait yaratmaqdır. Bu mərkəz çalışacaq ki, gələcəkdə dini qurumlar arasında münasibətləri möhkəmləndirmək yolu ilə dinlər arasında mövcud olan müştərək dəyərləri insanlar üçün aşılasınlar və bunun vasitəsilə insanlara dinc bir mühitdə yaşamağa kömək etsinlər. Məlumatda qeyd olunur ki, Dinlərarası Dialoq Mərkəzinin üzvləri aşağıdakı şəxslər olacaqlar: Sami Məhəmməd Məndur – Əl-Əzhərin Dil və Tərcümə Universitetinin Fransız dili ustadı,Kəmal Bərbuqə Əbdüssəlam – Əl-Əzhərin İslami Mütaliələr kafedrasının İngilis dili bölməsinin katibi,Rza Məhəmmədhüsyen Dəqiq – Tənta şəhərinin Din Metodologiyası universitetinin əqidə və fəlsəfə kafedrasının katibi,Məhəmməd Əbdülfüzeyl Əbdürrəhim – Əl-Əzhərin İslami Mütaliələr kafedrasının Alman dili bölməsinin nəzarətçisi,Məhəmməd Süleymani – Əl-Əzhər məzunlarının dünya birliyi şurasının üzvü və İslam və Məsihiyyət dialoqu tədqiqatçısı. Qeyd edək ki,Misirli alim Şeyx Əhməd Tayyib islam dünyasında təkfirçi düşüncələrin müsəlmanlar arasında yayılmasına qarşı kəskin mövqede duramaqla yanaşı məzhəblər arası münasibətlərin yaxınlaşması ilə çıxışları ilə tanınır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Fevral, 2015 14:15 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |