إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Tehranda "Məhəmməd Allahın Rəsuludur" filminin xüsusi nümiyişi keçirilib

Bu gün İran paytaxtındakı "Tehran Mədəniyyət Mərkəzində"tanınmış kinorejissor Məcid  Məcidinin "Muhammədun Rəsulallah"(Məhəmməd Allahln Rəsuludur) filminin xüsusi nümayişi keçirilib. Ahlibeyt.az-ın İslamazeri-yə istinadən verdiyi xəbərə görə,bu barədə mehr agentliyi məlumat vermişdir.

Məlumatda qeyd olunur ki, bu xüsusi nümayişdə İslami Mədəniyyət Naziri Əli Cənnəti, Kino Qurumunun Sədri Höcətullah Eyyubi, İran prezidentinin müşaviri Hisaməddin Aşena, İran İslam Respublikasının Radio və Televiziya Qurumunun sədri Məhəmməd Sarafraz və bir çox millət vəkili iştirak edib.

İranın mədəniyyət naziri Əli Cənnəti “Məhəmməd Rəsulullah” filmini 35 illik islam inqilabı tarixində ən mükəmməl film adlandırıb.

Filmin baş operatoru italıyalı və oskar mükafatına layiq görülmüş Vittorio Storaro, bəstəkarı oskar mükafatı ilə təltif edilmiş hindistanlı Allah-Raxa Rəhmandır.

 

Qeyd edək ki, sözü gedən filmin12 fevral tarixində mətbuat və media nümayəndələri üçün nümayiş olunması gözlənilir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Fevral, 2015  16:34 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!