إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İordaniyada sələfiliyin banisi hesab olunan İbn Teymiyyənin kitabları yandırılıb - Foto

"İŞİD" İordaniyalı pilot Muaz əl-Kəssasibənin edamını İbn Teymiyyənin fətvalarına əsaslandırdığı üçün etirazçılar onun kitablarını yandırıblar

İordaniyada qəzəbli kütlə sələfi təriqətinin ideoloji təməlini qoymuş hesab olunan İbn Teymiyyənin kitablarını yandırıblar.

Ahlibeyt.az-ın  İnterAz-a istinadən verdiyi xəbərə görə ,bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Müsəlman cəmiyyətlərinin uzun illər Yaxın Şərqdə terror dalğası əsdirən ekstremist fikirlərə və bu fikirlərin təbliğçilərinə qarşı çıxmaları olduqca təbii qarşılanır.

Təkfirçi mövqeyilə seçilən İbn Teymiyyəyə qarşı İordaniya əhalisində formalaşan bu ictimai nifrəti son hadisələr fonunda gözlənilən hesab etmək olar. Belə ki, "İŞİD"in girovluğunda olan iordaniyalı pilot Muaz əl-Kəssasibənin terrorçu qruplaşma tərəfindən diri-diri yandırılaraq edam edilməsi bütün dünya ictimaiyyətinin, o cümlədən, İordaniya xalqının kəskin etirazı ilə qarşılaşıb.

Qeyd etməliyik ki, terrorçu dəstə pilotun yandırılmasını məhz, İbn Teymiyyənin radikal fətvalarına əsasən həyata keçirdiklərini bildirmişdilər.

Bildirək ki, 1263-1328-ci illərdə yaşamış Təqiuddun Əhməd ibn Teymiyyə hələ öz dövründə təəssübkeş və ekstremist fikirlərə sahib olduğu üçün dövrün müsəlman alimləri tərəfindən rədd edilmiş və həbsxanaya salınmışdır. Ömrünün sonuna qədər radikal fikirlərindən əl çəkmədiyinə görə ömrünü zindanda başa vurmuşdur.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Fevral, 2015  16:09 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!