|
• DünyadaHusi hərəkatı Yəməndə hakimiyyəti böhranını dayandırırYəməndə Husi hərəkatı ölkə parlamentini buraxdığını və iqtidarı ələ keçirdiyini açıqladı. Prezident administrasiyasından dövlət telekanalı ilə açıqlama verən hərəkat sözçüləri buraxılan parlamentin əvəzinə 551 üzvlük milli məclis qurulacağını açıqlayıb. Bundan başqa həmin məclisin, maksimum 2 il ölkəni idarə edəcək 5 nəfərlik müvəqqəti şuranı seçəcəyi bəyan olunub. Ahlibeyt.az-ın beynəlxalq KİV-lərə istinadən verdiyi xəbərə görə, təsisi nəzərdə tutulmuş Milli Məclis ləğv edilmiş Parlamentin işini öhdəsinə götürəcək. Yenilənmiş Ali Təhlükəsizlik Komitəsi 16 üzvdən ibarət olacaq ki, onların səkkizi husilərin nümayəndələridir. İnqilabçı Komitələrın (husilər) qərarına əsasən, Yəmənin istefaya getmiş hökumətinin müdafiə və daxili işlər nazirləri vəzifələrində qalacaqlar. Qeyd edək ki, Yəmənin paytaxtı Sana şəhəri ötən ilin sentyabrından faktiki olaraq Ənsarullah Husi Hərəkatı (Husilər) tərafdarlarının nəzarətindədir. Keçən ay isə Yəmən prezidenti Abdurabbu Mənsur Hadi üsyançıların təzyiqi ilkə tutduğu vəzifədən istefa vermişdi.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Fevral, 2015 12:53 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |