إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ramzan Kadırov: “İŞİD-in vəhşilikləri İmam Hüseyn (ə) qatillərinin törətdiklərinin davamıdır...

Çeçenistanın başçısı Ramzan Kadırov İŞİD terror təşkilatını islama qarşı gizli müharibə elan eləmiş ABŞ-ın və digər Qərb dövlətlərinin törəməsi adlandırıb.

Ahlibeyt.az-ın Musavat-a istinadən verdiyi xəbərə görə, bu barədə o, özünün istargam səhifəsində yazıb.

Onun sözlərinə görə, “Şeytan yolu ilə gedən” vəhhabilər əllərindən gələni edirlər ki, islamı dünyada gözdən salsınlar.

“Hesabatlar sübut edir ki, İŞİD-in hərəkətləri də islamı daxildən sarsıtmaq, dünyanı islamdan üz döndərmək niyyəti güdür. Onları qəddarlığı, baş kəsmələri, insanları tonqalda yandırmaları imam xəlifələrin və peyğəmbər nəvəsinin qatillərinin törətdiklərinin davamıdır” – qeyd edib Kadırov.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Fevral, 2015  11:44 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!