|
• DünyadaRusiya Müftilər Şurasının Sədri məktəblərdəki hicab problemi ilə bağlı prezident Vladimir Putinə müraciət edibFevralın 11-də RF Ali Məhəməsində Mordaviya məktəblərində hicabın qadağan olunması barədə məsələyə baxılacaq.Məsələ ilə bağlı Rusiya Müftilər Şurasının Sədri ölkənin bəzi region məktəblərindəki hicab problemi ilə bağlı prezident Putinə müraciət edib. Ahlibeyt.az-ın Faktxebər-ə istinadən verdiyi məlumata görə, Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin əlaqədar prezident Vladimir Putinə açıq məktub ünvanlayıb. O, təhsil müəssisələrində müsəlman qızların hüquqlarının qorunmasını, bunun üçün də onların məktəbə hicabla getməsinə izn verilməsini istəyib. Müfti hicabın azad olduğu Tatarıst an və Çeçnistanı misal gətirərək, bu siyasətin hökumətin demokratik xüsusiyyətinin və dini dəyərlərə hörmətinin təzahürü olduğunu, həmçinin ictimaiyyətin böyük dəstəyini qazandığını deyib. R.Qaynutdin öz qızlarının Moskva Ali məktəblərinə hicabla getdiklərini, bununla belə, orada heç bir problemlə qarşılaşmadlığını deyib. «Ailənin ən zərif, incə və kövrək üzvü – balaca qızcığazlar bu cür sınanırlar! Və bu Rusiyada baş verir. Hansı ki, hər zaman psevdodekmoratların, daha dəqiq desək Avropa və Şimali Amerikanın aqressiv sekulyarizminə qarşı ənənəvi dəyərlərin müdafiəsində durub! Rusiya dini və peyğəmbərləri təhqir edən karikutaraların yayılmasını qanunvericilikdə qadağan edib!», - deyə RMŞ sədri bildirib. «Sizə bir müfti və bir ata kimi müraciət edirəm: bizim ənənəvi dəyərlərimizin müdafiəsində durun», deyə müraciətin sonunda deyilir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Fevral, 2015 13:44 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |