إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Yeni Kral vətəndaşlara ödənməsi üçün dövlət büdcəsindən 30 milyard dollar vəsait ayrılıb

Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səud qeyri-adi addım atıb.


Ahlibeyt.az-ın Anspress-ə istinadən verdiyi məlumata görə, Kral vəzifəyə gəlməsi münasibəti ilə məmur, təqaüdçü və şagirdlərə 2 maaş məbləğində mükafat ödənməsini əmr edib.Bundan başqa, dövlət ali məktəblərinin tələbələri ikiqat tələbə təqaüdü alacaqlar.

Kralın əmrinə əsasən, vətəndaşlara ödənməsi üçün dövlət büdcəsindən 30 milyard dollar vəsait ayrılıb.

Kral Salman həmçinin, vətəndaşlara verilən pul cəzalarının da (133 min dolları keçməmək şərti ilə) bağışlanılmasına qərar verib. Kral xarici əsilli vətəndaşların əfv edilərək ölkədən çıxarılmasını və haqqlarında ölkəyə giriş qadağası qoyulmasına da qərar verib.

Salman bin Əbdüləziz Al Səud elektrik və su xidmətlərinə görə, büdcədən 5 milyard dollar pul ayrılmasını tapşırıb. Bununla yanaşı, futbol klublarına, kitabxanalar da vəsait ayırılıb.

Kral Twitter hesabından açıqlama yayaraq xalqına səslənib: "Dəyərli xalqım, nə etsəm də sizin haqqınızı ödəyə bilmərəm. Daha çoxuna layiqsiniz. Dinə və vətənə xidmət üçün Allahdan mənə və sizlərə kömək etməsini diləyirəm. Dualarınızda məni unutmayın", - deyə Kral Salman qeyd edib.

Qeyd edək ki,Kral həmçinin doqquz nazirliyin rəhbərlərini dəyişib.Həmçinin yeni monarxın son illər ərzində hökumətdə ən miqyaslı kadr dəyişiklikləri həyata keçirdiyi bildirilir

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Yanvar, 2015  16:54 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!