إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İranlı general Qasim Süleymani İsrailin hücumundan 48 saat sonra "Hizbullah" lideri ilə görüşüb (VİDEO)

O, "Hizbullah" lideri Həsən Nəsrullahla İsrailə qisas zərbəsi vurulmasını müzakirə edib və bir həftə ərzində öz məqsədinə nail olub.

İsrailin təxminən iki həftə əvvəl Suriyanın cənubuna hücumundan və burada təkfirçi-terrror qruplaşmalarına qarşı döyüşlərdə Suriya hökumətinə yardım edən İranlı briqada generalı Məhəmmədəli Allahdadinin həlak olmasından iki gün sonra İran İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") komandiri general Qasim Süleymani Livana gedib.

Ahlibeyt.az-ın salamnews-a istinadla verdiyi xəbərə görə,Al-Mayadin agentliyinin məlumatılnda bildirilir ki,İranlı general Süleymani Livanda İsrailin hücumu nəticəsində həlak olmuş komandirlərin məzarını ziyarət edib və onların ailələrinə başsağlığı verib.

Daha sonra "Hizbullah" lideri Həsən Nəsrullahla görüşən iranlı general onunla İsrailə qisas zərbəsi  vurulmağı məsələsini müzakirə edib.

Xatırladaq ki, yanvarın 28-də "Hizbullah" Livanın cənubundan İsrail ordusunun doqquz hərbi avtomobilindən ibarət karvanına hücum edib. İsrail ordusu burada iki hərbçinin öldüyü, yeddisinin yaralandığını xəbər versə də, Livan mənbələri ölü sayının 10-dan artıq olduğunu bildirir.

Qeyd edək ki, bu hücumdan sonra İsrailin baş naziri Binyamin Netanyahu çıxış edərək, onun arxasında birbaşa İranın durduğunu söyləyib.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Yanvar, 2015  16:37 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!