|
• DünyadaPakistanda şiələrin toplaşdıqları məscidə hücum edilib, 20 nəfər həlak olubPakistanda şiələrə aid məscidin partladılması nəticəsində azı 20 nəfər ölüb, 50 nəfər isə yaralanıb.
Ahlibeyt.az-ın İnteraz-a istinadən məlumatına görə, hadisə ölkənin Şikarpur rayonunda baş verib.
İlkin məlumatlara görə, partlayış Laxi-Dər məntəqəsində yerləşən Kərbəla Mövla İmambərgah məscidində cümə namazı ərəfəsində törədilib.
Partlayışın motivləri barədə yayılan ilkin məlumatlarda 12 nəfərin öldüyü bildirilsə də, Şikarpur mülki hospitalının əməkdaşı ölü sayının 20-yə qalxdığını bildirib.
Bildirək ki, bu gün həm də baş nazir Nəvaz Şərif ölkənin Kəraçi əyalətinə səfəri gözlənilir. Səfərin ölkədə terrorçuluq fəaliyyətlərinə qarşı Milli Fəaliyyət Planının icrası məqsədilə planlaşdırıldığı bildirilib.
Qeyd edək ki, bu hadisə yanvar ayında şiə məscidlərinə qarşı törədilən ikinci qanlı terror aktıdır. Bundan əvvəl Ravalpindi şəhərində şiələrə aid məsciddə törədilən terror aktında 7 nəfər həlak olmuşdu. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Yanvar, 2015 16:22 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |