30 Yanvar, 2015
Pakistanda şiələrin toplaşdıqları məscidə hücum edilib, 20 nəfər həlak olub

Pakistanda şiələrə aid məscidin partladılması nəticəsində azı 20 nəfər ölüb, 50 nəfər isə yaralanıb.

Ahlibeyt.az-ın İnteraz-a istinadən məlumatına görə, hadisə ölkənin Şikarpur rayonunda baş verib.

İlkin məlumatlara görə, partlayış Laxi-Dər məntəqəsində yerləşən Kərbəla Mövla İmambərgah məscidində cümə namazı ərəfəsində törədilib.

Partlayışın motivləri barədə yayılan ilkin məlumatlarda 12 nəfərin öldüyü bildirilsə də, Şikarpur mülki hospitalının əməkdaşı ölü sayının 20-yə qalxdığını bildirib.

Bildirək ki, bu gün həm də baş nazir Nəvaz Şərif ölkənin Kəraçi əyalətinə səfəri gözlənilir. Səfərin  ölkədə terrorçuluq fəaliyyətlərinə qarşı Milli Fəaliyyət Planının icrası məqsədilə planlaşdırıldığı bildirilib.

Qeyd edək ki, bu hadisə yanvar ayında şiə məscidlərinə qarşı törədilən ikinci qanlı terror aktıdır. Bundan əvvəl Ravalpindi şəhərində şiələrə aid məsciddə törədilən terror aktında 7 nəfər həlak olmuşdu.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-2764.html