إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Tiflisdə Avropadakı islamofobiya meylləri ilə əlaqədar etiraz aksiyası keçirilib - fotolent

Gürcüstanda yaşayan və ölkənin müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı, gürcü gənclərinin, həmçinin Marneuli və digər bölgələrdən gələn dindarların, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə islamofobiya meyllərinə etiraz olaraq aksiya keçirilib.


Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, Tiflisdəki köhnə parlament binası qarşısında keçirilən aksiyada çıxış edən gənclər Fransada nəşr olunan “Charlie Hebdo” jurnalında Məhəmməd peyğəmbərin karikaturalarının dərcinə kəskin etirazlarını bildiriblər.

İştirakçılar "Heç kim müsəlmanı təhqir edə bilməz!", "Biz diskriminasiyanın hər növünü pisləyirik!", "Allaha inananlar Allaha inanmayanlara qalib gələcəklər!", "Ya Rəsulallah!", "Məhv olsun terrorçuluq!" və digər şüarlar səsləndirilib.

Tədbirdə çıxış edən gənclər və din adamları Gürcüstan hökumətinə ölkədə tolerantlıq şəraiti yaradıldığına görə təşəkkürlərini bildiriblər: “Biz çox xoşbəxtik ki, ölkədə tolerantlıq var və biz müsəlmanlar İslam dininin qayda-qanunlarını sevə-sevə həyata keçirir, öz peyğəmbərimizə məhəbbətimizi bildirir, dinimizi inkişaf etdirir və İslamın gözəl bir din olduğunu təbliğ edirik”.

“Mövqe” qeyri-hökumət təşkilatının rəhbəri Quram Adamişvili  açıqlamasında İslam dininin təhqir olunmasına qarşı çıxdıqlarını vurğulayıb: "Biz müsəlman qardaşlarımızla bir yerdəyik və onlara dəstək olduğumuzu bəyan edirik. Biz pravoslav olaraq sülhü, əmin-amanlığı dəstəkləyir, terrorçuluğu pisləyirik”.

 

Etiraz aksiyasında heç bir insident baş verməyib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Yanvar, 2015  16:28 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!