إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Polis dindarları saxlayıb

 

Bu gün Ağır cinayətlərə dair işlər üzrə məhkəmədə növbəti iclas keçirilir. Məhkəmənin qarşısında gələn islamçıların qohumları və dostları polis tərəfindən məhkəmənin qarşısına buraxılmır.

Hazırda polis insanlara təzyiq edir, onları ərazidən uzaqlaşdırmağa çalışır. İslamazeri.az-a məhkəmənin qarşısında olan insanlardan verilən məlumata görə polis insanları döyüb və ərazidən uzaqlaşdırıb. Məhkəmə zalına ancaq ən yaxın qohumlar buraxılır. 


Polis dindarları saxlayıb. 

Əldə etdiyimiz son məlumata görə polis bir neçə nəfəri saxlayıb. Bunlar arasında Ramiz, Abbas, Mirrəşad və bir nəfər də adını öyrənə bilmədiyimiz dindar var. Əldə etdiyimiz son məlumata görə isə saxlanılanlar arasında  hazırda  məhkəməsi gedən Masallılı ruhani Seyyid Fəramizin böyük oğlu Kamran və Seyyidin bacısı da var.

Hazırda məhkəmənin önünə heç kimi buraxmırlar.

islam-azeri.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Oktyabr, 2011  17:09 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!