إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bu gün Ramin Bayramovun məhkəməsidir

Məhkəmə istintaq dövrünün uzadılması məqsədilə keçirilir

Bu gün saat 10:30-da Bakı şəhəri Səbail Rayon məhkəməsində İslamazeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramovun məhkəməsi keçiriləcək.

Bu barədə məlumatı Hacı Ramin Bayramovun vəkili Ramil Məmmədov bildirib. Vəkil məhkəmənin qapalı keçəcəyini deyib.

Qeyd edək ki, İslamazeri.az saytının baş redaktoru Ramin Bayramov Avqust ayının 11-i Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmışdır. Hacı Ramin narkotik istifadə etmək və qanunsuz silahlar saxlamaqda isttiham olunur. Ramin Bayramov bu günə qədər MTN-də saxlanılır.

islam-azeri.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Oktyabr, 2011  11:54 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!