إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Vatikanda "Müsəlman və Məsihi din rəhbərlərinin 3-cü konfransı" keçirilib

"İraq Dinlərarası Dialoq Şurası"nın təsisçi üzvlərindən olan İmam Xoi adına Elmi Mərkəzin(Darul-Elm lil-İmam Əl-Xoi)  baş katibi  Höccətül-İslam Xoi Vatikanda İraq səfirliyinin iştirakı və Roma Katolik Kilsəsinin ev sahibliyi ilə keçirilən "Müsəlman və Məsihi dini rəhbərlərinin 3-cü iclası"nda iştirak edib.


Ahlibeyt.az-ın  İqna-ya istinadən verdiyi xəbərə görə dünya katoliklərinin rəhbəri Papa Fransis və  Roma dinlər arası dialoq şurasının rəisi  Kardinal Can Lui Turan , tərəfindən İtaliyada "Müsəlmanlar və məsihilər- Müştərək cəmiyyətdə yaşayan möminlər" başlığı ilə Müsəlman və Məsihi dini rəhbərlərinin 3-cü  konfransı keçirilmişdir.
Höccətül-islam Xoi İraq mətbuatına müsahibəsində bildirmişdir ki,bu konfransda dini, mədəni pluralizim, birgə yaşayış və vətəndaşlıq ruhiyyəsinin gücləndirilməsi barədə dialoqlar aparılıb,Nəcəf-Əşrəf dini elmi hövzəsinin və dini mərcəiyyətinin insani dəyərlərin qorunması və müxtəlif dindən və irqdən olan insanların birgə yaşayışının gücləndirilməsidə tarixi rolundan danışılıb.

O qeyd edib ki, məsələnin tarixi kökünün İmam Əli (ə) zamanına qayıtdığı da O həzrətdən rəvayət olunan hədisə -"İnsanlar iki dəstədirlər: ya sənin din qardaşındır və ya səninlə yaranışda eynidir". Nəcəf elmi hövzəsində müctəhidlərin digər məzhəb və dinlərlə bağlı verdikləri taxiri fətvaları da bunu göstərir ki, onlar İmam Əlinin (ə) qoyduğu bu əsas qanuna həmişə əməl libası geyindiriblər. Bu elmi hövzə yarandığı bu 10 əsr müddətində heç zaman digər firqə, məzhəb və dinlərə qarşı radikal və təkfirçi mövqe sərgiləməyiblər.

Məlumatda bildirilir ki,Höccətül-islam Xoi bu səfərdə Papanın Dinlərarası Dialoq Şurasının vitse-prezidenti Xalid Əkaşə ilə görüş keçirib və Vatikanın İslam və Ərəb tədqiqat idarəsinə Ayətullah Xoinin (r.ə) kitablarını hədiyyə edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Yanvar, 2015  12:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!