إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Müsəlman gəncin fədakarlığı İslamı Fransaya təqdim etdi

Fransada "Charlie Hebdo" hadisəsinin ardınca növbəti gün bir marketdə  4 nəfərin ölümünə səbəb olan başqa bir basqın əslində müsəlman bir gəncin timsalında İslamı və müsəlmanları fransalılara təqdim etdi.

Ahlibeyt.az-ın Euronews-a istinadən verdiyi xəbərə görə, əslən Malidən olan müsəlman gənc Lassana Bathily 9 yanvar tarixində bir yəhudi marketinə təşkil edilən silahlı hücum zamanı 15 nəfərin həyatını xilas edib. Belə ki, Bathily silahlı hücum zamanı 6 nəfəri marketin aşağı mərtəbəsində yerləşən depoya düşürtmüş və burada olan böyük soyuducuda gizlədərək həyatlarını xilas etmişdi.

Müsəlman gəncin bu fədakarlığına və göstərdiyi cəsarətə görə, prezident Olland birbaşa Lassana Bathilyə zəng etmiş və ona təşəkkürünü bildirmişdi.

Ölkənin Daxili İşlər Nazirliyində keçirilən xüsusi bir mərasimdə Fransa baş naziri Manuel VallsLassana Bathilyə ölkə prezidentinin sərəncamı ilə Fransa vətəndaşlığı verildi. Fransa Daxili İşlər naziri Bernard Cazeneuve çıxışı zamanı üzünü Bathilyə tutaraq, "O sülh və barış dini olan İslamın qəhrəmanı oldu" - deyə müraciət edib.

Lassana Bathily  isə təşəkkür edərək bildirib ki,mənim yerimə kim olsaydı eyni cür hərəkət edərdi, "Fransa məni qəhrəman kimi təqdim etdi, amma mən qəhrəman deyiləm, mən Lassanayam"

Qeyd edək ki,marketə hucum zamanı Malili gənc biri azyaşılı olmaqla 6 nəfərin həyatını xilas etmiş və marketdən çıxaraq polisə verdiyi məlumatlar nəticəsində daha  9 nəfərin həyatını xilas etmək mümkün olmuşdur.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Yanvar, 2015  12:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!