إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Üzma Cəvadi Amuli -""Peyğəmbəri (s) təhqir etmək Allahın əzəmətli ayələri ilə savaşdır"

Dini Elmi Hövzə qrupu: Ayətullah Üzma Cəvadi Amuli – (təqlid mərcəsi, fəqih, təfsiçri, arif və filosof) – təfsir dərsində İslam Peyğəmbərinin (s) təhqir edilməsini Allahın böyük və əzəmətli ayələri (nişanələri) ilə savaş adlandıraraq vurğuladı: Peyğəmbəri İstehza və təhqir edənlərin sonu və aqibəti (dünya və axirətdə cəhənnəm quyusuna) süqut olacaqdır.

Ahlibeyt.-az-ın İqna-ya istinadən verdiyi xəbərə görə, Ayətullah Üzma Cəvadi Amuli  mübarək Quran-Kərimin "Ğafir" surəsinin təfsiri dərsində İslam Peyğəmbərinin (s) təhqir edilməsini Allahın böyük və əzəmətli ayələri (nişanələri) ilə savaş adlandıraraq vurğuladı: Bəzi insanlar İlahi ayələrə qarşı cidala qalxırlar . Bu  onların süqutunun nişanəsidir. Allahla cidal edənlərin sonu çox yaxında onların yaxalayacaq şiddətli bir əzabdır.

O, son peyğəmbəri təhqir etmə kampaniyası ilə bağlı hadisələrə işarə edərək əlavə edib ki, İstehza və təhqir edənlərin sonu və aqibəti (dünya və axirətdə cəhənnəm quyusuna) süqut olacaqdır.

Cavadi Amuli karikaturalarla Peyğəmbəri (s) təhqir edənlər barəsində ılavə edib ki, Peyğəmbəri (s) təhqir edənlər güman etməsinlər ki, bir şəxsi təhqir edirlər. Bəlkə, onlar Allahın böyük ayəsi (dini nişan) ilə savaşırlar və çox çəkməyəcək ki, onlar süqut edəcəklər. Allah-Taala buyurur ki, "onlar bizim ayələrimizə savaşırlar, deməli bizimlə savaşırlar". Belə deyil ki, Fransada ya dünyanın istənilən bir nöqtəsində, bir kəs əxlaq mücəssəməsi olan Peyğəmbəri (s) təhqir edə və canını salamat qurtarsın!

Baxmayaraq ki, Marks və həmin cərəyanın nümayəndələri 3-4 cümlə yaxşı söz deyiblər və ya dünyada az da olsa, ədalət və azadlıq əldə olunub, amma bunların hamsı İslamın töhfəsidir.

Ayətullah Cəvadi əlavə edib ki, Siz  dünyanın hər yerini gəzin, harda dörd cümlə haqq söz tapsanız, həmin dörd peyğəmbər, yəni Məhəmməd, İbrahim, İsa və Musadandır ki, Marks, Lenin və digərləri onun insani və dünyəvi tərəfini oğurlamış və ilahi və dini tərəfini kənara atmışlar.

O, qərblilərə xitab olaraq - Əgər peyğəmbərlər olmasaydılar, sizin də bir dəyəriniz yox idi. Sizin bacardığınız iki dünya müharibəsi idi ki, 80 milyon insan öldürdüz. Bu gün dünyada siz müharibə yaradırsınız. Qəzzədə siz müharibə aparırsınız. "Siz hara gedirsiniz – Fəəynə təzhəbun" – (Təkvir/26).

Bütün peyğəmbərlər ilə din düşmənləri savaşıblar. Bunların peyğəmbərlər ilə işi həmişə belə olub. Amma o zaman karikatur olmayıb. Karikatur bir tələdir ki, Qərb bu gün bu tələyə düşübdür və bu tələ onu süquta uğradacaq.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 Yanvar, 2015  14:03 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!