|
• DünyadaQroznıda milyonluq aksiya-"Həzrəti Məhəmmədə(ə) sevgi" - videoRusiyanın Qroznı şəhərində minlərlə müsəlman Məhəmməd peyğəmbərin karikaturasının yayılmasına etiraz əlaməti olaraq aksiya keçirir.
Ahlibeyt.az-ın Rusiya KİV-nə istinadən xəbər verir ki,Avropada Hz. Məhəmmədə(s) olunan həqarətlərə etiraz əlaməti olaraq Çeçenistanın paytaxtı Qroznıda "Məhəmməd Peyğəmbərə sevgi"aksiyası baş tutmuşdur.Aksiya Çeçenistan Prezidenti Ramzan kadırovun və Ümumrusiya Müsəlmanlar Şurasının baş müftüsi Ravil Qaynuttinin şəxsi təşəbbüsü ilə təşkil olunmuşdur. Aksiyada Çeçenistan prezidenti Ramzan Kadırov da ailəsi ilə birgə iştirak edir. Rəsmi məlumatlara görə aksiyada iştirak edənlərin sayı 800 mini keçmişdir. Çeçenistan müftisinin sözlərinə görə, mitinqə qatılmaq üçün bütün Qafqazdan Qroznıya axın başlayıb. Aksiyada Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla bərabər Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdinin rəhbərliyi ilə nümayəndə heyətinin də iştirak etdiyi bildirilir. Nümayişçilər əllərində “Məhəmməd Peyğəmbərdən əl çəkin”, “İslam-sülh və xeyir dinidir” sözləri yazılmış plakatlar tuturlar. Nümayişə çıxanların bir qismi Əhməthacı Kadirov Məscidinə doğru yürüş edib, bir qismi isə əllərində “biz Məhəmməd Peyğəmbəri sevirik” yazılmış şarlar tutub.
Bir müddət əvvəl də Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov bəyan etmişdi ki, “Charlie Hebdo” jurnalının və digər nəşrlərin 1,5 milyard müsəlmanın dini hisslərini təhqir etməsini dəstəkləyən hər kəsi şəxsi düşməni hesab edir. R.Kadırov nümayişçilər qarşısında çıxış edərək avropalı jurnalistlər və siyasətçiləri inanclı insanların hisslərini təhqir etməkdə ittiham edib: “Biz imkan vermərik ki, peyğəmbərin təhqir edilməsi cəzasız qalsın. Görürük ki, avropalı jurunalistlər və siyasətçilər azad söz və demokratiya haqda saxta şüarlarla ədəbsizlik, mədəniyyətsizlik, 100 milyonlarla insanın dini hisslərini təhqir etmək azadlığı elan ediblər. Onlar hansı söz azadlığından danışırlar? Rusiya Amerika və Avropanı Suriya və İraqa qarşı terrorizmdə, həmçinin Ukraynada müharibənin qızışmasında ittiham etdi, Qərb ölkələri və Amerika isə Rusiyaya qarşı sanksiya tətbiq etdilər”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Yanvar, 2015 18:40 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |