|
• DünyadaRusiyada dini mövzuda karikatura dərci qadağan edildiRusiya KİV-də dini mövzuda karikatura dərci qadağan edilib.Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiya sahəsində nəzarət üzrə Federal Xidməti yerli KİV-ə istənilən dini mövzuda və din xadimlərinin karikaturaların ın dərci barədə xəbərdarlıq edib. Ahlibeyt.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, məlumat İdarənin rəsmi saytında yerləşdirilib. Məlumata əsasən,dini mövzuda karikaturaların verilməsi “Kütləvi informasiya vasitələri haqqında” və “Ekstremist fəaliyyətə əks-fəaliyyət haqqında” qanunların pozulması kimi qiymətləndirilə bilər.Bununla yanaşı internet KİV-lərdə bu kimi məlumatların yerləşdirilməsi və xarici mətbuata istinadən verilməsi də tövsiyyə olunub. Sənəddə qeyd olunur ki, "KİV-də dini mövzuda karikaturaların yayılması İdarə tərəfindən təhqiramiz və ya dini konfessiya və birliklərin nümayəndələrinin ləyaqətini alçaldan, o cümlədən milli-dini ədavətin alovlandırılması və separatizmə rəvac verilməsi kimi qiymətləndirilə bilər. Qeyd edək ki,Federal Xidmətin müvafiq sənədi Rusiya ərazisində fəaliyyət göstərən bütün radio-televiziya kanallarına, çap və internet mətbu orqanlarına göndərilərək bu kimi məlumatların verilməməsinin qarşısının zamanında alınması tövsiyyə olunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Yanvar, 2015 13:46 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |