
Rusiya KİV-də dini mövzuda karikatura dərci qadağan edilib.Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiya sahəsində nəzarət üzrə Federal Xidməti yerli KİV-ə istənilən dini mövzuda və din xadimlərinin karikaturaların ın dərci barədə xəbərdarlıq edib.
Ahlibeyt.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, məlumat İdarənin rəsmi saytında yerləşdirilib.
Məlumata əsasən,dini mövzuda karikaturaların verilməsi “Kütləvi informasiya vasitələri haqqında” və “Ekstremist fəaliyyətə əks-fəaliyyət haqqında” qanunların pozulması kimi qiymətləndirilə bilər.Bununla yanaşı internet KİV-lərdə bu kimi məlumatların yerləşdirilməsi və xarici mətbuata istinadən verilməsi də tövsiyyə olunub.
Sənəddə qeyd olunur ki, "KİV-də dini mövzuda karikaturaların yayılması İdarə tərəfindən təhqiramiz və ya dini konfessiya və birliklərin nümayəndələrinin ləyaqətini alçaldan, o cümlədən milli-dini ədavətin alovlandırılması və separatizmə rəvac verilməsi kimi qiymətləndirilə bilər.
Qeyd edək ki,Federal Xidmətin müvafiq sənədi Rusiya ərazisində fəaliyyət göstərən bütün radio-televiziya kanallarına, çap və internet mətbu orqanlarına göndərilərək bu kimi məlumatların verilməməsinin qarşısının zamanında alınması tövsiyyə olunub.