إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Sistani İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib

İslam Əməkdaşlıq Təşkilatının(İƏT) baş katibi İyad  Bin Əmin Mədəni Nəcəf Əşrəfdə dini mərcəyi təqlid alimi AYətullah Sistani ilə görüşüb.

Ahlibeyt.az-ın İraq mediasına istinadən verdiyi xəbərə görə İraqda rəsmi səfərdə olan Nəcəf Əşrəfdə səfərdə olan  İƏT baş katibi İyad  Bin Əmin Mədəni  Nəcəf şəhərində Ayətullah Sistani ilə görüşdə, bu ölkənin daxili problemlərini xüsusi ilə də terrorizm məsələsini müzakirə edib.

İyad  Mədəni İraqa üç günlük səfəri çərçivəsində prezident Fuad Məsum parlament sədri Səlim Əl-Cəburi və baş nazir Heydər Əl-İbadi xarici işlər naziri eyni zamanda İbrahim Cəfəri və prezidentin müavini Usamə Əl-Nəcifi də görüşüb.

Təkfirçilik və terrorizmə qarşı mübarizə , o cümlədən digər sahələrdə müsəlman ölkələr arasında əməkdaşlıq və münasibətlərin gücləndirilməsi kimi mövzular Əyad  Mədəni  və İraq rəsmilərinin görüşündə əsas müzakirə predmetləri olub.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Yanvar, 2015  09:21 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!