إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Kərbəlada "İmam Hüseyn (ə) muzeyi" dünyanın 10 muzeyindən biri elan olundu

Birləşmiş Millətlər Təşkilatının (BMT) İraqdakı nümayəndəsi Əli Kamunə dünyanın mədəniyyət və icəsənət aləminin tanınmış şəxsiyyətlərinin iştirakı ilə keçirilən mərasimdə Kərbəlanın "İmam Hüseyn Muzeyi"ni dünyanın 10 ən yaxşı muzeyindən biri kimi elan etdi.

Ahlibeyt.az-ın məlumatına görə, İQNA agentliyinin  İmam Hüseyn(ə) hərəminin rəsmi xəbər portalına istinadən verdiyi xəbərd bildirilir ki,BMT-nin İraqdakı nümayəndəsi Əli Kamunə dünyanın mədəniyyət və icəsənət aləminin tanınmış şəxsiyyətlərinin iştirakı ilə keçirilən mərasimdə Kərbəlanın "İmam Hüseyn Muzeyi"nin müdiri "Əla Əhməd Ziyauddin"in təltif mərasimində onun işini yüksək dəyərləndirərək, bu muzeyi  dünyanın 10 ən yaxşı muzeyindən biri kimi elan edib.

Bu mərasimdə İraqın BMT-dəki nümayəndəsi Əli Kəmunə öz çıxışı zamanı Kərbəlanın "İmam Hüseyn Muzeyi"nin müdiri "Əla Əhməd Ziyauddin"in işini yüksək dəyərləndirdi və muzeydə əməyi olan hər kəsə öz təşəkkürünü bildirib.

O əlavə edib ki;"BMT artıq dörd ildir ki, Kərbəlanın ictimai nüfuzlu şəxslərinin tanınması və təltif olunması yönündə mərasimlər keçirir ki, bu da İraq ilə beynəlxalq ictimaiyyət arasında bağlılıqların yaranması üçün gözəl addım sayılır. Bu cür proqramların icrasından məqsədimiz Kərbəlanı bütün dünyaya tanıtdırmaqdır."

Əli Kəmunə bunu da əlavə edib ki;"İmam Hüseyn (ə) muzeyinin müdiri və Vaşinqton Universitetinin Muzey İdarəçiliyi ixtisası üzrə məzunu Əla Əhməd, İraq tarixinin mühüm bir hissəsini özündə canlandıran bu muzeyi dünya səviyyəsində tanıtdıra bildi. Tariximizin bu hissəsi fədakarlıq nümunəsi kimi ən yüksək insani dəyərləri özündə əhatə edir".

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Yanvar, 2015  15:05 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!