إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Pakistanda şiələrin toplaşdığı məsciddə Peyğəmbər(s.ə.s)-in mövludu günü intihar hücumu törədilib

Cümə günü Pakistanın Ravilpindi şəhərində şiələrin məscidinə qarşı intihar hücumu azı yeddi nəfərin həlak olması və on beş nəfərin yaralanması ilə nəticələnib. Polisin bildirdiyinə görə, bir intiharçı kamikadze tərəfindən törədilmiş bu hücumun tələfatının artması ehtimalı var.

 

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Franc-Presse agentliyinin məlumatında bildirilir ki, güclü partlayış şəhərin şiə azlığının İslam Peyğəmbəri(s.ə.s)-in mövludu gününü qeyd etmək üçün bu məscidə toplaşdığı zaman baş verib. Bu informasiya agentliyi məsciddən çoxlu sayda ölü və yaralının müalicə mərkəzlərinə köçürüldüyünü bildirərək, Pakistanın dövlət başçılarından olan Saced Zəfər Dal-a istinadla yazıb: Yeddi nəfərin ölümü və on beş nəfərin yaralanmasını təsdiqləyə bilərəm. Bu rəqəm arta bilər.


Ölkənin DİN-nin yaydığı məlumatda bildirilir ki, hələ partlayışın sabəbləri dəqid səbəbi aydınlaşmayıb, amma böyük ehtimala məsciddə bomba yerləşdirilərək işə salınıb. Məscidin məsul şəxsi olan Şəmim Seyyedi deyir ki, intiharçını görüb. O, bununla bağlı deyir: Məscidin ətrafında təhlükəsizlik tədbirləri görülmüşdü. Bir kamikadze məscidə girməyə cəhd etdi, amma bizim qüvvələr və polis qüvvələri ilə üzləşərkən özünü partlatdı.

Pakistan'da Şii Camisine Bombalı Saldırı!

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Yanvar, 2015  21:29 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!