إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gürcüstanda Həzrəti Məhəmməd(s)ın mövlud tədbiri keçirilib(foto)

Tbilisidə Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə bayram tədbiri keçirilib

 

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) təşkilatçılığı ilə Tibilisidə Hz. Məhəmməd Peyğəmbərin (s) və Hz. İsanın (ə) mübarək mövludu və eləcə də bu günə təsadüf edən İmam Cəfər Sadiqin (ə) təvəllüdü münasibəti ilə bayram tədbiri keçirilib.

Ahlibeyt.az-ın məlumatına görə bu barədə Salamnews-a GMİ-nin sədri Hacı Ramin İgidov məlumat verib.

O deyib ki, tədbir Qurandan ayələrin tilavəti ilə başladıqdan sonra, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, BGMİ-nin Acarıstan üzrə müftisi Beqlar Kamaşidze, BGMİ-nin Şərqi Gürcüstan müftisi Hacı Yasin Əliyev, İran İslam Respublikasının Gürcüstandakı səfiri Abbas Talebifər, Türkiyənin Diyanən Başkanlığının Gürcüstandakı nümayəndəsi Nebi Gümüş və başqaları çıxış edərək Hz. Məhəmməd (s) və İsanın (ə) Peyğəmbərin həyatından, onun insanlığa verdiyi örnəklərdən söhbət açaraq, Gürcüstanda İslam dinin inkişafından danışıblar və son günlər bəzi müsəlman ölkələrində və dünən Fransada baş verən hadisələri pisləyiblər. Belə hadisələrin sülhsevər, barışıq və sevgi dini olan İslamla heç bir əlaqəsi olmadığı söylənilib.

Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadze tədbir iştirakçılarını Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin adından təbrik edib, hamıya əmin-amanlıq, səadət və xoşbəxtlik arzulayıb. O, çıxışında Fransada baş verən hadisələri Dini Agentlik adından pisləyib və bu hadisələri ekstremizm adlandırı.

Sonda məclis iştirakçıları bayram süfrəsinə dəvət olunub.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Yanvar, 2015  11:49 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!