إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Fəyaz Muğal - İngiltərədə müsəlman qadınlar əleyhinə “islamofobiya” hücumları çoxalır

Avropada “islamofobiya” hücumlarının sayı çoxaldığı bir zamanda İngiltərədə də müsəlman qadınlar əleyhinə “islamofobiya” yönündə törədilmiş cinayətlərin sayı keçən iki il ərzində 10 dəfə çoxalmışdır.

Ahlibeyt.az-ın  İQNA-ya istinadən verdiyi xəbərə görə, “Sky News” xəbər agentliyinin məlumatında bildirilir ki, Fəyaz Moğul – Britaniyanın “İslamofobiya Əleyhinə Təşkilatı”(Tell Mama)ın rəhbəri Fəyaz Moğul deyir: “Bizim əldə etdiyimiz məlumatlar göstərir ki, bütün Avropada “islamofobiya” hücumlarının sayı çoxaldığı bir zamanda İngiltərədə müsəlman qadınlar əleyhinə “islamofobiya” yönündə törədilmiş cinayətlərin sayı keçən iki il ərzində 10 dəfə çoxalmış və daha da şiddətlənmişdir”.

O əlavə etdi: “İslamofobiya Əleyhinə Təşkilatı”ın ofisinə gələn şikayətlər qeyd edirlər ki, müsəlman qadınlar əleyhinə törədilmiş cinayətlərin sayı dəfələrlə artmışdır ki, bu cinayətlərin çoxu fiziki hücumlar və təhqiredici ifadələrlə törədilmişdir."

İngiltərə vətəndaşı olan 21 yaşlı müsəlman xanım Jasmin Xalid də bu hücumlara məruz qalanlardan biridir. O deyir ki, indiyədək ona olunan hücumlardan yalnız ikisi barədə məruzə edibdir. Jasminin dediyinə görə ona hücum edənlər onu sözlə alçaldır, terrorist və “talibançı” deyirmişlər.

Jasmin deyir: “Mən bu təhqirlərə gah cavab verir, gah ağlayır və gah da özümü gizlədirdim, çünki nə edəcəyimi bilmirdim”.

Qeyd edək ki, avropalılar arasında müsəlmanlara qarşı ən dözümsüz xalq ingilislərdir. Məlumatlarda bildirilir ki,bu ölkədə 3 milyon civarında müsəlman yaşayır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Dekabr, 2014  13:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!