إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Wikileaks: Səddam Kərbəlanı viran qoymaq əmri vermişdi

Vikiliksdə İraq barədə açıqlanan sənədlərdə bildirilir ki, Səddam Hüseyn 1991-ci ildə iki oğlu və kürəkəni ilə Kərbəlanı viran qoymaq və qiyam etmiş şiələri qətl etmək planı hazırlamışdılar.

Sənəddə bildirilir ki, Səddam Hüseynin oğlu Udey yeznəsi Hüseyn Kamildən Kərbəlanın bütün yaşayış məntəqələrinə hücum etməyi istəyir. Hüseyn Kamil bu barədə Səddam Hüseynin fikrini öyrənməyi özünə borc bildiyindən onun fikrini öyrənir ki, Səddam Hüseyn cavab verir ki, hətta Kərbəladakı günbəzləri belə hədəfə al.

Sənəddə bildirilir ki, Hüseyn Kamil general "Qeys"dən Hz.İmam Hüseynin(ə) və Hz.Əbülfəzl-Abbasın(ə) hərəmlərini atəşə tutsun. Hüseyn Kamil həmçinin həmin generala bildirir ki, Səddam əmr edib ki, Kərbəladakı bütün şiələr qətl yetirilsin. Hətta ələ keçən şiələr edam edilsinlər.

Sənədlərə əsasən Kamil Hüseyn orduya tanklardan hərəmlərə hücum etməyi əmr edir. Və hərəmin günbəzlərinin də zədələndiyini barədə dəqiqləşdirmək üçün helikopterlə havaya qalxır və özü şəxsən müşahidə edir. Öz gözlərilə bunu gördükdən sonra Səddama əməliyyatın yerinə yetirildiyini çatdırır və deyir ki, əmriniz yerinə yetirildi.

Xatırladaq ki, 1991-ci ilin mart ayında Kərbəla və Nəcəf şiələri Səddam Hüseyn rejiminə qarşı qiyam qaldırmışdılar ki, həmin qiyam amasızlıqla yatırılır.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Oktyabr, 2011  22:29 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!