|
• DünyadaMisirin sabiq müftüsi Əli Cümə - "Yəcuc və Məcuc" qövmü Ermənistandadır!Misrin sabiq müftisi Əli Cümə elan edib ki, astranomik tədqiqatlar göstərir ki, Mərakeşli alim və coğrafiyaçı Şərif İdrisinin "yəcuc və məcuc" qövmünün dəqiq yeri haqqındakı fərziyyə doğrudur və bu alim "yəcuc və məcuc" qövmünün yerini doğru təyin edib. Ahlibeyt.az-ın İQNA-ya istinadən verdiyi xəbərə görə,"lemage" agentliyinin məlumatında bildirilir ki, Misrin sabiq müftisi Əli Cümə Misirin xüsusi dövlət TV kanalı ilə müsahibəsində elan edib ki, astranomik tədqiqatlar göstərir ki, "Səbtə" şəhərindən olan Mərakeşli alim və coğrafiyaçı Şərif İdrisinin "yəcuc və məcuc" qövmünün dəqiq yeri haqqındakı on il öncə irəli sürdüyü fərziyyə doğrudur və bu alim "yəcuc və məcuc" qövmünün yerini doğru təyin edib. Bu qövm dəqiq yeri Ermənistandadır. Əli Cümə: Şərif İdiris miladi tarix ilə 1100-cü ildə öz kitabında yazıb ki, Quran ayələrinə əsasən “yəcuc və məcuc” qövmü Ermənistan dağlarındadır. Bu kitaba əsasən müsəlman alimləri Zülqərneyn - (ehtimal olunur ki, İsgəndər olub) - bu tayfanın qarşısını almaq üçün çəkdiyi həmin səddi axtarmağa başladılar. Həmin kitabda deyilən məlumatlar hal-hazırda peyk vasitəsilə əldə olunan məlumatlarla üst-üstə düşür. Tədqiqatların nəticəsi göstərir ki, “yəcuc və məcuc” qövmü Ermənistan dağlarındadır. Qeyd edək ki, “yəcuc və məcuc” qövmünün dastanı Quran-Kərimin “Kəhf/94” surəsində, həmçinin İncil və Tövratda da nəql olunmuşdur. Bu tayfa çox vəhşi və cinayətkar olduğu üçün insanlar Zül-Qərneyn adlı ədalətli bir padşaha şikayət edirlər və o padşah da onlarla digər insanlar arasında böyük bir sədd tikir. Quran-Kərim “Ənbiya” surəsinin 96-cı ayəsində xəbər verir ki, “yəcuc və məcuc”un bu səddin arxasında həbs olunması müvəqqətidir və onlar nə vaxtsa, bu səddi aşacaq və zamanın sonunda (axiruz-zaman) üzə çıxaraq yenə də vəhşilik edəcək və qətliamlar edəcəklər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Dekabr, 2014 11:52 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |