إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Tehranda Beynəlxalq Quran sərgisi keçirilir(foto)

Bu günlərdə Allame Tabatabai adına Tehran universitetində müxtəlif dillərdə Quran tərcümələrini nümayiş etdirən sərgi keçirilir.

Ahlibeyt.az-ın Dunyabuleteni-nə istinadən verdiyi məlumata görə, İslam dünyasından sənətkarlar Tehran Qurani-Kərim sərgisində iştirak etmək üçün toplanmışlar. Məlumatda bildirilir ki, sərgidə azərbaycan, fars, rus, çin, alman, fransız, ingilis, türk, ispan  digər dilləri daxil olmaqla ümumilikdə 16 ölkənin iştirakı ilə müxtəlif tərcümə,sülis və nəsix yazı üslubunda olan müqəddəs Qurani-Kəirm surətləri təqdim edilib.

Burada Quran tərcüməçiləri barədə məlumatın yer aldığı plakatları da görmək olar.Sərginin məqsədi müsəlmanların bir araya gəlib ortaq dəyərlərin paylaşılması və müsəlmanların qardaş olduğunu təkrar xatırlatmaqdır.

Bildirək ki, sərgi bazar günü İran paytaxtında Tehran Universiteti tərəfindən ölkənin Mədəniyyət və  İslam Maarifləndirilməsi Nazirliyi ilə birgə təşkil edilən Quran tərcüməsi üzrə birinci beynəlxalq konfrans çərçivəsində keçirilir.

 

Tahran'da Kur’an-ı Kerim sergisi

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Dekabr, 2014  19:56 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!