إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Garehi - "Ayətullah Xamneyi İmam Məhdinin (ə.f) naibidir"!

Əxlaq ustadlarından olan Ayətullah Ruhullah Garehi İranın Təbriz şəhərində Mühafizlər Ordusunun Aşura Birliyində İmam Zamanın əsgəri olmaq üçün bəzi tövsiyyələr edib.

Ahlibeyt.az-ın islamazeri-yə istinadən verdiyi xəbərə görə, Tehranın İmam Mehdi Mədrəsəsinin Ali Heyətinin sədri Ayətullah Ruhullah Garehi Ərbəinlə bağlı bəzi mətləblərə toxunaraq deyib: “İrandakı Məhdəviyyət nizamının qurucusu İmam Mehdidir. Kim bunun əksini iddia edərsə, demək ki, İslam İnqilabının dəstəkçisini görmək istəmir. Hər kim Məhdəvi nizam qurucusunun Həzrəti Höccətdın (ə.f) başqası olduğunu düşünürsə və bu düşüncədədirsə, iddiasının demokratik olduğunu söyləyərək Məhdəvi nizamının ilahi, vilayi və dini rəng və imicini yox etmək istəyindədir. Bəs bu da, inhiraf və yolunu azmanın başlanğıcı və toplumdakı fikir ayrılığı düşüncəsi olacaqdır. ”

Tehranda Universitet və Elmi Hövzənin də elmi üzvü olan Ayətullah Garehi sözlərinin davamında deyib:“İmam Mehdinin əsgərləri Quran oxumaqla yanaşı, eyni zamanda Quran əzbərləməyə səy etməli, Əhlibeytə (ə) təvəssül edərək onlarla rabitə qurmalıdırlar. Ancaq bu şəkildə Şəhid Baqiri kimi şəhidlərin ruh hallarını əldə edə bilərlər.”

İmam Mehdinin İmamət dövründə yaşamağın bir şərəf olduğunu deyən Ayətullah Garehi deyib: “Bu dövrdə yaşamamız Allahın bizə olduğu bir lütfüdür. Ancaq, İmam Mehdiyə layiq əsgər və onun yanında qəhrəmanlıqlar sərgiləməyimiz üçün var gücümüzlə çalışmalıyıq. Əlbəttə ki, axirəzamanda o xilaskarın gəlməsi üçün lazımlı infrastrukturu meydana gətirmək hamımızın vəzifəsidir."

Daha sonra Ayətullah Garehi deyib: “Bəziləri İmam Mehdinin zühurunun intizarından dəm vurmaqda, ancaq onun naibini diqqətə almırlar. Əgər bu yolda inkişaf edərək irəliləmək istəyiriksə İmam Zamanın haq olan naibi Ayətullah Xameneinin hüzurunda ona qarşı ədəbli və itaətkar olmalıyıq. Əks təqdirdə əlimizdə olan bütün mənəvi dəyərlərimizi itirərik.”

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Dekabr, 2014  12:09 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!