إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Kərbəla yolunda 30 km uzunluğunda camaat namazı təşkil edilib (video)

"Ərbəin" günü (imam Hüseynin (ə) qırxı) ərəfəsində İraqın Nəcəf şəhərindən Kərbəlaya gedən yolun üzərində qılınan camaat namazının uzunluğu 30 kilometrə çatıb.


Ahlibeyt.az-ın verdiyi məlumata görə,bu barədə Salamnews İraqın Al Sumariya agentliyinə istinadən xəbər vermişdir.Məlumatı camaat namazının imamı Seyyid Əhməd əl-Aşkuri də təsdiqləyib.

Məlumata əsasən, camaat namazı İraqın ən nüfuzlu alim və müctəhidi Ayətullah Seyyid Əli Sistaninin tövsiyəsi ilə qılınıb.

Xatırladaq ki, İraqın müdafiə naziri ötən gün Kərbəlaya səfəri zamanı keçirdiyi mətbuat konfransında "Ərbəin" ərəfəsində Kərbəlaya ziyarətə gələnlərin sayının 17 milyonu keçdiyini bəyan edib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Dekabr, 2014  11:52 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!