|
• DünyadaMilyonlarla müsəlman Kərbəlaya axışır - Ərbəin münasibətilə Nəcəf hava limanında zəvvarlara pulsuz viza veriləcəkRəsmi məlumatlarda bu il İmam Hüseynin ərbəin mərasiminə 17 milyon insanın qatılacağı bildirilir.Kərbəla turizm Komitəsinin rəhbəri Casim Əl-Malikinin bildirdiyinə görə ziyarətçilərin 15 milyonu ölkə daxilindən 2 milyonunun isə digər ölkələrdən gəlməsi gözlənilir. Nəcəf əl-Əşrəf beynəlxalq hava limanının idarə heyəti bildirib ki, İmam Hüseynin (ə) ərbəin günü(qırx günü) münasibətilə zəvvarların bu hava limanından İraqa girişi pulsuz olacaqdır. Ahlibeyt.az-ın İQNA-ya istinadən verdiyi xəbərə görə, Nəcəf əl-Əşrəf hava limanının idarə heyətinin nümayəndəsi Mustafa Tureyhi bu barədə xəbər verərək deyib ki, İraq Dövləti Nazirliyinin göstərişinə əsasən İmam Hüseynin (ə) ərbəin günü münasibətilə zəvvarların Nəcəf hava limanından İraqa girişi pulsuz olacaqdır. O vurğulayıb: Bu göstəriş təkcə ərbəin ziyarəti günləri üçündür. Qeyd edək ki, İmam Hüseyn(ə)nin ərbəin ziyarəti ərəfəsində yüz minlərlə heyət və karvan zəvvarların hərəkət etdiyi yollarda onlara xidmət edir və onları yemək və məskən ilə təmin edirlər. İŞİD və digər təkfirçi terrorçuların İraqda çoxalması və təhlükəli bir şəraitin yaranmasına baxmayaraq, İraq rəsmilərinin dediklərinə görə Kərbəlya getmək istəyənlərin sayında azalma müşahidə olunmur. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Dekabr, 2014 20:57 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |