|
• Dünyadaİslam dünyası təkfirçilik əleyhinə - Misirdə təkfirçilik əleyhinə konfransın yekun bəyanatı oxunduİranda 80 ölkənin iştirakı ilə keçirilən beynəlxalq konfransın ardınca bu dəfə Misirdə radikalizmə və din adından terror fəaliyyətinə qarşı konfrans keçirildi. Ahlibeeyt.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə, Misirin İslam aləmində tanınmış “Əl-Əzhər” Universitetində keçirilən “Əl-Əzhər Beynəlxalq Terror və Radikalizmlə Mübarizə Konfransı”na 120 ölkədən nümayəndələr qatılıb. İki gün davam edən müzakirələrdən sonra iştirakçılar tərəfindən yekun müraciət qəbul olunub. Təkfirçilik və terrorizmlə mübarizə adlı Beynəlxalq Əl-Əzhər Konfransı özünün yekun bəyanatında Qərbin İslama iftira atmaq üçün ifratçı qruplardan bəhrələnməsi haqda xəbərdarlıq edərək, vurğulayıb: Zorakılığa əl atan qrupların İslamla heç bir əlaqələri yoxdur. Qərbdə media mənsubları, mütəfəkkirlər və məsul şəxslərdən bir qrupu İslama iftira atmaq üçün ifratçı qruplardan bəhrələnir. Bu bəyanat ərəb və İslam dünyasında din alimləri və ictimai xadimlərə müraciət olunub ki, ədalətin yayılması və sülhün reallaşması sahəsində həmkarlıq üçün tayfa və irqlərarası fitnələri söndürmək üzrə məsuliyyətlərinə əməl etsinlər. Beynəlxalq Əl-Əzhər Konfransı qeyd olunub ki, müqəddəslərə hörmətsizlik, günahsız şəxslərin qətli və müdafiəsiz əhali arasında qorxu hissinin hökm sürməsini insanlığa zidd cinayətlərdəndir və İslam dini bu hərəkətləri pisləyir. Bəyanatın başqa bir hissəsində deyilir: Zorakılığa əl atan qrupların İslamla heç bir əlaqələri yoxdur. Din alimləri din barədə gənclərə görüntü verməlidirlər. İslam barədə qeyri-düzgün qənaət islah edilməlidir ki, İslam bu kimi hərəkətlərin məsulu kimi təqdim olunmasın. Bəyanatda həmçinin Fələstin ərazilərinin işğalına son qoyulması və bu torpaqlarda törədilən cinayətlərin beynəlxalq məhkəməyə verlməsi yer alıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Dekabr, 2014 19:37 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |