|
• DünyadaQafqaz Müsəlmanları İdarəsi İranda fəaliyyətini genişləndirəcəkİranda keçirilən iki günlük konfrans çərçivəsində bu ölkəyə səfər edən Allahşükür Paşazadə və onu müşayiət edən nümayəndə heyəti QMİ-nin İrandakı nümayəndəliyinə olublar. Ahlibeyt.az-ın dini idarənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İdarənin İrandakı səlahiyyətli nümayəndəsi Hacı Şamil Rəsulova müvafiq göstərişlərini verən şeyxülislam gələcəkdə nümayəndəliyin fəaliyyətinin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb və işində uğurlar arzulayıb. Görüşdə Allahşükür Paşazadə ilə yanaşı,nüfuzlu ilahiyyatçı alim,"Məşədi Dadaş"məscidinin axundu Hacı Şahin Həsənli, QMİ sədrinin birinci müavini, müfti Hacı Salman Musayev, İdarənin Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev, Nəşriyyat şöbəsinin müdir müavini və video-elektron bölməsinin rəhbəri Elşən Mustafayev, Fətva şöbəsinin əməkdaşı Mircəfər Əyyubov,idarənin əməkdaşı Həmid Bağırov, habelə Azərbaycanın İrandakı səfirliyinin birinci katibi Rəşadət Babayev və ikinci katibi Tariyel İsmayılov müşayiət ediblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Noyabr, 2014 12:20 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |