إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Beynəlxalq Konfrans nümayəndələrinin bir qrupu Ayətullah Xamneyinin qəbulunda oldu

İranda keçirilən “Təkfirçi və  ifratçı hərəkatlar islam alimləri baxışında” adlı beynəlxalq konfransın iştirakçıları bu gün İslam İnqilabının Ali Rəhbəri  Ayətullah Seyyid Əli Xamneyinin qəbulunda olublar.


İslami oyanış hərəkatı, hər şeydən əvvəl, Amerika və hegemonluğa qarşı idi. Amma təkfirçilik cərəyanı hegemonluğa qarşı başlayan bu hərəkatı müsəlman ölkələrində daxili müharibəyə çevirdi.

 

Bunu İran İslam İnqilabının ali lideri Ayətullah Seyyid Əli Xamenei Tehranda “Təkfirçilik və ifratçılıq islam alimlərinin baxışında” mövzulu toplantıya qatılan alimlər və din xadimləri qarşısında çıxışı zamanı bildirib.


Ahlibeyt.az-ın İRİB-ə istinadən verdiyi xəbərə görə Ayətullah Xamneyi həmin görüşdə təkfirçi qrupların İslam dünyasının birliyinə vurduğu zərbələrə toxunaraq, həmin asılı cərəyanların İslam dünyasının əsas problemi olan Fələstin məsələsi və sionizm təhlükələri və cinayətlərindən yayınmasına səbəb olmasını böyük təhlükə olduğunu qeyd edib.


O, təkfirçiliyin birbaşa hegemonluq, Amerika və sionizmə xidmət etdiyini söyləyib: “Regionda müsəlmanların mübarizəsinin ön cəbhəsi Fələstin idi. Amma təkfirçilik cərəyanı bu ön cəbhəni dəyişdi və onu İraq, Liviya, Suriya və Pakistanın şəhər və küçələrinə daşıdı. Təkfirçi cərəyan yaddaşlardan silinməyən cinayətlər törətdi.Təkfirçilik cərəyanı Fələstin məsələsini unutdurmaq üçün yaradılıb."

 

İslam İnqilabının  Rəhbəri İran xalqının heç vaxt Qərb tərəfindən aşılanan fikirlər və cərəyanların təsiri altına düşməməsini vurğulamışdır-"Bizim xalqımız bu istiqamətdə yekdildir. Biz məzhəblərarası ixtilafların əsiri deyilik Livan Hizbullahına yardım etdik, Həmasa və Fələstindəki Cihad Hərəkatına da dəstək verdik və bunu davam etdirəcəyik."


Dini lider təkfiçri qrupların İslam dünyasına vurduğu zərbələrə gəlincə bildirib ki,"Təkfirçi cərəyanlar İslamın simasını zədələdi.Mən təəssüf edirəm ki İslam dünyası sionist rejimlə qarşılaşmaqdansa, təkfiri cərəyanların qəbul etdirdiyi məsələlərlə məşğul olub. Əsl problem sionist rejim təhlükəsi və müsəlmanların ilkin qələbəsi Məscidul-Əqsanın məsələsidir."


Qeyd edək ki,beynəlxalq konfransda Azərbaycan tərəfini təmsil edən QMİ sədri Allahşükür Paşazadə və onu müşayiət edən nümayəndə heyəti  Hacı Şahin Həsənli,Mircəfər Əyyubzadə,Elşən Mustafaoğlu və digərləri Ali dini liderin qəbulunda olmuşlar

 

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Noyabr, 2014  17:38 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!