|
• DünyadaTarixdə ilk dəfə Antarktidada azan veriləcəkTarixdə ilk dəfə olaraq Antarktidada azan veriləcək və müqəddəs Quran aparılacaq. Ahlibeyt.az-ın Rusiya mətbuatına istinadən əldə etdiyi məlumata görə,bu gün Tatarıstanın Qul-Şərif məscidinin nəzdindəki İslam Mədəniyyəti Muzeyində Antarktidaya yola düşəcək "Antarktida-100" ekspedisiyanın iştirakçılarına Quran nüsxələri verilib. İdarənin Təbliğat şöbəsinin rəhbəri Niyaz Sabirov bildirib ki, Quran nüsxələri Rusiyanın "Bellinshauzen" antarktik stansiyasındakı qütbçülərə çatdırılacaq: "Artıq Quranı Antarktidada da oxuyacaqlar və ilk dəfə olaraq orada azan veriləcək. Mən Quranı ekspedisiyanın üzvü, Rusiya Coğrafiya Cəmiyyətinə Dəstək Fondunun rəhbəri Rüstəm Gilmutdinova verirəm. O, Antarktidada Allaha dua edərək Yer üzündə sabitlik və sülhün bərqərar olmasını istəyəcək". Ümumilikdə Antarktidaya 3 Quran nüsxəsi aparılacaq. Onlardan biri "Bellinshauzen" stansiyasında qalacaq, digərləri isə Kazana qaytarılaraq Rusiya Coğrafiya Cəmiyyəti və İslam Mədəniyyəti Mərkəzinə veriləcək. Qeyd edək ki, "Antarktida-100" layihəsi Kazan Universitetinin rektoru, Antarktidanı ilk dəfə kəşf edən Rusiya ekspedisiyasının (1819-1821) tərkibində yeganə alim olmuş İvan Simonova həsr edilib Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Noyabr, 2014 13:10 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |