إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Hacı Şahin Həsənlinin Beynəlxaq Konfransda çıxışının mətni

İlahiyyatçı alim  Hacı Şahin Həsənli Azərbaycan nümayəndə heyətinin tərkibində İranın Qum şəhərində  Ayətullah Məkarim Şirazinin şəxsi təşəbbüsü ilə  keçirilən “Təkfirçi və  ifratçı hərəkatlar islam alimləri baxışında”  adlı beynəlxalq konfransa qatılıb.

Ahlibeyt.az-ın məlumatına görə  Noyabrın 23-ü konfransda çıxıç edən Şahin Həsənli bildirib ki, radikalllıq və təkfirçiliklə mübarizə iki əsas dayağa söykənməlidir. Birincisi, müsəlmanların dini düşüncəsində ciddi islahatlar aparılmalıdır. Belə ki, dinə yanaşmada hökm sürən sərt ehkamçılıqdan qaçmaq gərəkdir.

İlahiyyatçı alim qeyd edib ki, "Müsəlmanların dünyagörüşü ağıl və ürfana əsaslanmalıdır. Peyğəmbər (s) və Quranın təlimlərinə uyğun olanı da budur - İlahi din Allaha və insana qarşı sevgi üzərində qurulmalıdır.

“Müsəlmanların etiqadına diqqət etmək və xidmət göstərməyin yollarından biri də ilahi dəyərlərə söykənən bir baxışı seçməkdir. Təkfirçilik dinin təhrif edilmiş nüsxəsidir. Müsəlmanlar dini düşüncələrə baxdıqda, islamın əsas maarifini və əxlaqı diqqət mərkəzində saxlamalıdırlar. Onlar radikal addımlar və eləcə də dini dəyərlərə qarşı süstlükdə də ayıq-sayıq olmalıdırlar”

İkinci dayağa gəldikdə isə, şübhəsiz ki, bu İslam məzhəbləri arasında vəhdət və birlikir. Sünnü və şiə arasında olan birlik yalnız dildə yox, həm də qəlbdə olmalıdır. İslami birlik, müsəlmanların qarşılıqlı məhəbbət və ehtiramı qəlbdən qaynaqlanmalıdır".

Hacı Şahin Həsənli çıxışının sonunda vurğulamışdır ki, yalnız bu halda təkfirçi düçüncələri İslam aləmindən uzaqlaşdırmaq mümkündür.

Qeyd edək ki,Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində nüfuzlu din xadimləri liə, həmçinin Qum elmi hövziyyəsində təhsil alan Azərbaycanlı tələdələrlə də görüşləri nəzərdə tutulmuşdur.

Məlumatlarda nümayəndə heyətinin İranın Ali Dini lideri ilə görüşünün nəzərdə tutulduğu bildirilir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Noyabr, 2014  14:33 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!