إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Misir Pakistan yaxud Əfqanıstan deyil ki, burada istədiyinizi edəsiniz

Misirin məşhur Təhrir meydanının Cümə xətibi Şeyx Məzhər Şahin gənclərin hələ də meydanlarda qalmasını açıqlayıb. Gənclər hakimiyyət davası etmirlər sadəcə olaraq gənclər Misirin mənffəti üçün meydanlardadılar. Onlar həmçinin bildirmək istəyirlər ki, inqilab zamanı qarşıya qoyulan məsələlər həllini tapmayınca inqilab davam edəcəkdir.

Hərbi Şuradan noyabrda keçirilməsi nəzərdə tutulan parlament seçkilərində Hüsnü Mübarəkin partiyasına daxil olan şəxslərin namizədliyini qeydə alınmamasını istəyən Şeyx Məzhər Şahin onların bundan sonra hələ 10 il parlamentə daxil olmasına qadağa qoyulmasını istəyib. Və yeni qurulacaq hökümətdə Mübarəkin qalıqlarının iştirakına imkan yaratmamağa çağırıb.

ABŞ-ın Misirdəki səfiri En Pattersonu Mübarəkin adamlarını dəstəkləməkdə və onları inqilabçılara qarşı küçələrə çıxartmaqda itihamlandıran xətib deyib ki, səfirlik gərək bilsin ki, bura onlar üçün Əfqanıstan və yaxud Pakistan deyil ki, istədiklərini etməyə imkan verilsin.

Şeyx Məzhər Şahin Misirdə bəzi şeyxlərin hələ də inqilaba əks fətvalar verdiyini bildirərək deyib ki, onlar gərək əl-Əzhərdən ibrət alsınlar.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Oktyabr, 2011  18:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!