إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İslam Konfransı Gənclər Təşkilatının Sədri Türkiyədə Azərbaycanlı şagirdlərə dərslik hədiyyə etdi(fotolent)

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sədri Elşad İsgəndərovun şəxsi təşəbbüsü və iştirakı ilə İstanbulun Halkalı bölgəsində yerləşən Azərbaycan məktəbinin I və II siniflərinin 150 azərbaycanlı şagirdinə Azərbaycan dilində dərsliklər paylanmışdır.

Ahlibeyt.az-ın Türk mətbuatına istinadən verdiyi məlumata görə Türkiyədə təhsil alan övladlarımızla birgə Azərbaycan himni oxunmuş,şagirdlər doğma dilimizdə vətən,bayraq şəhidlik haqqında şeirlər söyləmişlər.

Təşkilat sədri E.İskəndərov şagirdlər qarşısında çıxış edərək qeyd etmişdir ki,dünyada bir çox xalqlar olduğuna baxmayaraq onların dövlətləri yoxdur,lakin sizin dövlətiniz vardır və siz öz ölkənizdən uzaqda yaşasaz da bu dövlət sizin milli dəyərlər üzərində böyüməniz üçün hər zaman  yanınızdadır.

E.İskəndərov  Azərbaycan məktəbinin direktoru Serdar Koça,bu məktəbin ərsəyə gəlməsində zəhməti keçmiş hər bir kəsə, xüsusilə Türkiyənin Azərbaycan əsilli xeyirsevər insanlarına və Zəhra Ana dərnəyinə övladlarımızın milli ruhda böyüməsi üçün yaratdıqları şəraitə görə təşəkkürünü bildirərək Azərbaycanda dövlətin təhsilə olan diqqətindən və bu sahədə xüsusi xidmətləri olan Heydər Əliyev Fondunun Sədri xanım Mehriban Əliyevanın xidmətlərini qeyd etmişdir.

Elşad İskəndərob Azərbaycanda tədrisə olan diqqətin simvolu olaraq Halkalıda tədris alam şagirdlərə kiçik bir tövhə olaraq vətəndən gətirdikləri kitabları  İslam Konfransı Gənclər Forumu adından hədiyyə etmişdir.

Daha sonra sinifləri gəzən və kitabları şagirdlərə paylamış İKGF sədri şagirdlərlə şəxsən maraqlanmışdır.

Qeyd edək ki,Türkiyədə yaşayan azərbaycanlı uşaqların təhsil alması üçün bir il əvvəl Zəhra Ana dərnəyinin yardımı ilə ibtidai məktəb fəaliyyətə başlamışdır.

 

 

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Noyabr, 2014  23:44 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!