إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Fələstini müdafiə üzrə beynəlxalq konfrans öz işinə başlayır

Fələstini İntifazəsini himayə üzrə 5-ci beynəlxalq konfrans bu gün  dünyanın 100 ölkəsindən olan nümayəndələrin iştirakı ilə Tehranda işə başlayacaq.

İranın İslam Şurası Məclisi tərəfindən keçiriləcək bu konfransda 70-dən çox parlament heyəti, din alimləri, şəxsiyyətlər, siyasi və ictimai təşkilatlarınların nümayəndələri və Fələstindən olan rəsmilər iştirak edəcəklər.

Fələstin İntifazəsini himayə üzrə beynəlxalq konfrans 1991-ci ilin mart ayında İranın İslam Şurası Məclisinin millət vəkillərinin təsdiq etdikləri Fələstin xalqının İslam inqilabının himayə qanuna əsasən keçirilir və indiyə qədər 4 həssas dövrdə keçirilib.

Bu konfransın ilk dövrü 1991-ci ildə oktyabr ayında Madrid konfransı ilə eyni zamanda Fələstin xalqının intifazəsinin yüksək dəyərləndirilməsi məqsədilə keçirildi.

2001-ci ilin may ayı habelə 2006-cı ilin aprel ayında da Tehran, Fələstini himayə üzrə 2-ci və 3-cü konfranslara ev sahibliyi edib.

Bu konfransın 4-cü dövrü də 2009-cu ilin mart ayında sionist rejimin Qəzzə Zolağına hücumundan sonra Fələstin xalqının bu vəhşicəsinə hücum qarşısındakı müqavimətini himayə məqsədilə keçirildi.

Fələstini himayə üzrə 5-ci konfrans da Fələstin, Yaxın Şərq məntəqəsinin mühüm dəyişiklikləri yaşadığı bir şəraitdə keçiriləcək.

Fələstində işğalçı sionistlərlə fələstinlilər arasındakı dırnaqarası sülh müzakirələri dalana dirənib və Fələstin Özünüidarə Təşkilatının sədri Mahmud Abbas tərəfindən BMT-yə təqdim edilmiş müstəqil Fələstin ölkəsinin təşkil edilməsi üzrə layihənin taleyi hələ də məlum deyil.

Sionist rejim işğal edilmiş məntəqələri yəhudiləşdirməyi davam etdirir və sionist şəhərcik sakinlərinin Fələstinin məzlum xalqına qarşı cinayətləri üçün şərait yaradır.

Eyni zamanda sionist rejim Fələstinli tərəfin müzakirə masasına geri dönməsinə israrlıdır. Bəlkə bu yolla daha artıq imtiyazlar əldə etsin.

Bunlarla yanaşı Qəzzə Zolğının mühasirəsi həmçinin sionist hərbçilərin məntəqəyə qarşı hücumları davam edir.

Bu hərəkətlər isə Fələstin müqaviməti və cihadçı qrupları sionistlərin işğalçılıqları habelə Amerikanın formal və tamaşa xarakterli planları ilə mübarizədə daha da əzmkar edibdir.

İndiyə qədər Misir, Tunis və Liviya diktatorlarının devrilməsi ilə nəticələnmiş Afrikanın şimalı habelə Yaxın və Orta Şərqdə cərəyan edən hadisələri fələstinli mübarizlər arasında yeni əhval-ruhiyyənin yaranmasına səbəb olub.

Xüsusi ilə sionist rejimim ən əsas regional himayəçisi olan Misir diktatoru Hüsnü Mübarəkin devrilməsi Fələstin xalqının öz hüquqlarını əldə etmək haqda iradələrini daha da gücləndirib.

İİR Fələstin xalqının amallarını himayə üzrə prinsipial siyasəti çərçivəsində daim sionist rejimin təcavüzkarlıqları ilə mübarizə istiqamətində müsəlman xalqların vəhdəti zəruriyyətinə təkid edib və bu istiqamətdə İslam ölkələrinin birliyi və inteqrasiyası üzrə heç bir səydən əsirgəməyib.

Tehranda Fələstini himayə üzrə 5-ci beynəlxalq konfrans İslam ümməti və başqa azadə xalqların imkanları və potensiallarının səfərbər edilməsi habelə Fələstin xalqının hədəfləri və amalları, o cümlədən, Fələstinin Qüdsün azad edilməsi habelə fələstinli didərginlərin öz ana vətənlərinə geri dönmələri üçün şəraitin yaradılması məqsədilə keçirilir.

Bu iki günlük konfrans atasının qucağında sionist hərbçilər tərəfindən şəhid edilmiş və fələstinli mübarizlər üçün bir simvolu çevrilmiş fələstinli yeniyetmə Məhəmməd Əl-Dövrənin şəhadətinin ildönümü ilə eyni zamanda keçiriləcək.

Bu konfransın 5-ci dövrünün əsas şüarı " Fələstin fələstinlilərin vətənidir ."

haqyolu.org

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Oktyabr, 2011  15:22 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!