|
• DünyadaİƏT Gənclər Forumu Qüdsün müdafiəsi üçün beynəlxalq kampaniyaya başlayıbİƏT Gənclər Forumu Qüdsün müdafiəsi üçün beynəlxalq kampaniyaya başlayıbİslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu İstanbulda böyük aksiya təşkil edib Elşad İskəndərovun sədrlik etdiyi Dialoq və Əmkdaşlıq İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu müsəlmanların müqəddəs məkanı olan Əl-əqsa məscidinə girişdə İsrail tərəfindən yaş məhdudiyyəti qoyulmasına etiraz olaraq beynəlxalq kampaniyaya start verib. Ahlibeyt.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə,bu barədə forumun İstanbuldakı baş ofisindən məlumat verilmişdir.Məlumata görə, “50 yaşa qədər bir Fələstinliyəm” (I am Palestinian under 50) adlı kampaniyanın əsas məqsədi İsrailin bir milyard yarım müsəlman tərəfindən müqəddəs sayılan bir məkanla bağlı bu qadağasının bölgədə və dünyada mədəniyyətlərarası qarşıdurmaya səbəb olmasının qarşısını almaq, Qüdsün 1400 illik müsəlman kimliyinin tamamilə yox edilməsi təşəbbüsünə etiraz etməkdir. İslam Konfransı Gənclər Forumunun kabinet rəhbəri Elməddin Mehdiyev kampaniyanın sosial şəbəkələrin köməyi ilə İndoneziyadan İordaniyaya qədər təşkilata üzv 45 ölkədə paralel şəkildə həyata keçiriləcəyini və sözügedən böhran həll edilənə qədər davam etdirilməsinin nəzərdə tutulduğunu bildirib.. Kampaniya çərçivəsində bu gün İstanbuldakı Sultan Əhməd meydanında böyük aksiya təşkil edilmiş, yerli əhaliyə və turistlərə məlumat məqsədi ilə hazırlanmış broşuralar paylanmışdır. Bənzər tədbirlər şəhərin ən böyük məscidlərindən hesab edilən Fateh və Eyyub məscidlərində də həyata keçirilib. Xatırladaq ki, bir müddət əvvəl İsrail dövləti təhlükəsizlik tədbirləri adı altında Əl-əqsa məscidinə girişdə 50, daha sonra 45 yaş məhdudiyyəti gətirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Noyabr, 2014 12:22 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |