إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Dünya KİV-nin İranda edam ediləcəyi barədə məlumat yaydıqları keşiş Yusif Nadirxani niyə həbs olunub?

Əgər Yusif Nadirxaninin xristian dinini qəbul etməsi cinayət olsaydı, o 13 il bundan öncə asılmalı idi.

Dünya mətbuatının, o cümlədən, Azərbaycan mətbuatının İranda həbs olunmuş keşiş Yusif Nadirxaninin edama məhkum edilməsi barədə durmadan məlumat yayaraq İslam dinindən "xoxan" yaratmaq istəyinə cavab olaraq İran İslam Respublikasının Rusiyada Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rza Səccadinin 3 avqust tarixində "Pravoslaviye i mir" saytına verdiyi müsahibəsində Yusif Nadirxani barədə verilmiş suallara verdiyi cavabları təqdim edirik:

Sual: Yusif Nadirxani: təqib olunan xristian yoxsa xüsusi xidmət orqanlarının agenti?

Cavab: İranda istənilən şəxs məscidə, kilsəyə və ya sinaqoqa ibadət etməyə gedə bilər. Amma getdiyi ünvanda siyasi oyunlar etməyə başlasa, artıq ona siyasi xadim kimi yanaşacaqlar.

Biz 30 illik tariximizdə belə hallara rast gəlmişik. Bəzi şəxslər iddia edirdilər ki, yalnız missionerliklə məşğul olurlar amma sonra məlum olurdu ki, onların arxasında hansısa siyasi partiya yaxud xarici kəşfiyyat dayanıb. Məsələn, siz məndən barəsində soruşduğunuz pastor Yusif Nadirxani. O kilsədə camaatı yığıb hökümət əleyhinə çağırışlar edirdi. Artıq bu din yox siyasi oyundur ki, din burada alətdir.

Xarici xüsusi xidmət orqanları bu kimi hadisələri şişirtməklə beynəlxalq arenada bizə qarşı təbliğat aparırlar.

Sual: Mən başa düşdüyüm qədər Yusif Nadirxaniyə ölüm hökmü verilmişdi. İndi isə ona tövbə etmək təklifi verilib. Və əgər o İslam dininə dönməsə edam ediləcəkdir?

Cavab: Xeyr. İranın Ali Məhkəməsi rayon məhkəməsinin hökmünü ləğv etmişdir. Tövbənin buraya aidiyyatı yoxdur. Ümumiyyətlə, bu şəxs barədə açılan iş onun dini fəaliyyətilə bağlı deyil. Onun indi 32 yaşı var. Xristian dinini isə Yusif Nadirxani 19 yaşında qəbul edib. Əgər onun xristian dinini qəbul etməsi cinayət hesab edilsəydi, onu 13 il bundan öncə asmalı idilər. Problem onun xristian olmasında yox, onun xarici xüsusi xidmət orqanlarının agenti olmasındadır.

Rza Səccadi ilə olan tam müsahibəni "Pravoslaviye i mir" saytından oxuya bilərsiniz.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Oktyabr, 2011  03:38 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!