|
• DünyadaŞeyx İsa Qasim: Bəhreyn qadınlarına qarşı törədilən cinayəti heç bir şey aradan apara bilməzBəhreyn şiələrinin lideri Ayətullah Şeyx İsa Qasim bu gün Cümə xütbəsində son günlərdə Bəhreyndə qadınlara qarşı törədilən cinayətləri şiddətlə qınayıb. O deyib ki, artıq Bəhreyndə təhqir olunmamış müqəddəs və hörmət olunası bir şey qalmayıb. Qadın və qızlara qarşı törədilən cinayətlər elə bir dərddir ki, unutmaq mümkün deyil deyən Şeyx İsa Qasim bildirib ki, bunlar sağalmaz yaralardır. Bu cinayətlər bu millətin qız və oğlanlarına qarşı olan nifrətin göstəricisidir. Şeyx İsa Qasim deyib: "Əgər onlar bizim zillətimizi istəyirlərsə, bilsinlər ki, biz heç vaxt zülmə boyun əyməyəcəyik." Həbs olunmuş qadınların əlləri bağlı yerə uzadıldıqlarını və imdad çağırışları etdiklərini xatırladan Bəhreyn şiələrinin lideri deyib ki, bu vicdansızlıq indiyə kimi heç bir müsəlman ölkəsində baş verməmişdir ki, Bəhreyndə baş verdi. Və əgər rejim küçədə bu cinayətləri etməkdən çəkinmirsə, o zaman görəsən heç kimin görmədiyi həbsxanalarda dustaqqların başına nə oyunlar gətirirlər? Şeyx İsa Qasim deyib ki, əgər onlar bu rəftarla xalqı öz hüquqlarından əl çəkmələrini istəyirlərsə, bilsinlər ki, bu tip rəftarlar əksinə xalqın imanının artmasına səbəb olur. Həmçinin bu rəftarla camaatı dinc aksiyalardan çəkindirmək istəyirlərsə, blsinlər ki, camaat hüquqları bərpa olunmayınca dinc aksiyaları davam etdirəcəklər. Ali Xəlifə rejiminə səslənən Ayətullah İsa Qasim deyib ki, qadınlara qarşı törədilən bu cinayət elə bir ləkədir ki, heç bir şey onu aradan apara bilməyəcək və o əbədi olaraq yaddaşlarda qalacaqdır. Elə buna görə bu cinayətin üzərinə əlavə cinayətlər törədib getməyən ləkənin üstünə dübarə ləkə gətirməyin. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Oktyabr, 2011 00:11 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |