إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Sistani İraq ordusunu yerli sünni əhalini qorumağa çağırıb

İslam dünyasının nüfuzlu müctəhidlərindən olan Ayətullah seyid Əli Sistani İraqda “İŞİD” terrorçularına qarşı vuruşan döyüşçüləri sünni bölgələrindəki yerli əhalini qorumağa səsləyib.

 

Ahlibeyt.az-ın verdiyi xəbərə görə cümə namazı xütbəsində Ayətullah Sistaninin nümayəndəsi Əbdül Məhdi Kərbəlayi böyük din aliminin çağırışlarını camaata çatdırıb.

 

Çağırışda deyilir: “Ey, qəhrəman döyüşçülər və könüllülər! Sizdən istənilən budur ki, terrorçulardan azad etdiyiniz əraziləri əlinizdə saxlayın və terrorçuların nəzarətində olan bölgələrin əhalisilə əlaqə qurun ki, oranı azad etmək üçün onlara yardım edə biləsiniz. Günahsız sakinlərin həyatını və mülkiyyətini qorumaq sizin öhdənizdədir. Bu zaman onların hansı etiqadda olmalarının heç bir fərqi yoxdur. Agah olun ki, onlara məxsus olan hər hansı bir şeyə toxunmağınız və onları incitməyiniz haramdır.”

 

Qeyd edək ki, islam dünyasında milyonlarla müqəllidi olan Ayətullah Sistani İraqda böyük nüfuza malikdir.

Din alimi, həmçinin “İŞİD”ə qoşulmadığı üçün 40 üzvü qətlə yetirilən Əlbu Nimr sünni qəbiləsinə də başsağlığı verib: “Biz günahsız qurbanlar verən ailələrə, onların yaxınlarına baş sağlığı veririk və onların kədərlərinə şərik olduğumuzu bildiririk. İraqın bütün övladları vəhdət şəraitində addım atmasalar İraq xilas olmayacaq.”

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Noyabr, 2014  12:32 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!