إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Livanda terror əleyhinə əməliyyatda 200-dən çox ekstremist saxlanılıb

Livan ordusu praktiki olaraq ölkənin bütün rayonlarını əhatə edən terror yuvalarına qarşı miqyaslı əməliyyatını davam etdirir.

 

Ahlibeyt.az-ın İnteraz-a istinadla verdiyi xəbərə görə, Tripoli və Akkar şəhərlərində (paytaxt Beyrutdan 90 kilometr şimalda) suriyalı qaçqınların düşərgələrində ötən sutka ərzində həyata keçirilən reydlər zamanı 50-dən çox insan saxlanılıb, cümə günündən etibarən isə həbs edilənlərin sayı 200-ü ötüb.

Ölkənin cənub paytaxtı olan Saydda (Beyrutdan 40 kilometr məsafədə) hərbçilər hazırlanan silsiləvi terror aktlarının qarşısını alıblar. Qaamir məhəlləsində həyata keçirilən basqında partlayıcılar, minalar və silahlar aşkarlanıb.

Ordunun ”Cəbhət ən-Nusra" və “İslam Dövləti” terror təşkilatlarının “mücahid"ləri ilə atışması, həmçinin Kusayedə gedib.

Regional müşahidəçilərin fikrincə, Ersal dağ aşırımının bağlanmasından sonra ekstremistlər Suriya-Livan sərhədindən yeni keçidlər axtarırlar.

Bildirək ki, Suriyada hökumət əleyhdarı olan qruplaşmaların tərəfində döyüşən muzdluların əsas hissəsi üç il ərzində bu aşırımdan keçib.

Hazırda Suriya və Livan hərbçilərinin birgə tədbirləri nəticəsində Qəlyəmun (Dəməşqdən 60 kilometr məsafədə) sərhəd dağ dərəsindən keçidlərin əsas hissəsi də bağlanıb.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Oktyabr, 2014  11:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!